ADSEA-dan su ehtiyatları ilə bağlı vacib XƏBƏRDARLIQ

Read Time:44 Second

Artezian və subartezian quyuları yeraltı su mənbələri hesab olunduğundan, onlardan istifadə etmək istəyən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər icazə üçün müraciət etməlidirlər.

Bu barədə Cənubtv.Az  Oxu.Az-a istinaən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu qaydalar Su Məcəlləsinin tələblərindən irəli gəlir:

“Suyun götürülməsi zamanı su obyektindən və istifadə məqsədindən asılı olaraq hər kubmetr su üçün müəyyənləşdirilən rüsumlar çox cüzidir. Burada əsas məqsəd sahibkarların maliyyə yükünü artırmaq deyil, su obyektlərindən istifadənin uçot və hesabatlılığının düzgün aparılmasını təmin etmək, nəticədə su ehtiyatlarını inteqrasiyalı şəkildə idarə etməkdir”.

Qurumdan əlavə edilib ki, bu tənzimləmə su obyektlərindən xüsusi məqsədlərlə istifadə edən şəxslərin dairəsinin dəqiqləşdirilməsinə, sudan qənaətlə və səmərəli istifadənin təşviqinə, eləcə də su ehtiyatlarının ədalətli bölgüsünə zəmin yaradacaq. Həmçinin, bu tədbirlər su obyektlərindən qanunsuz istifadənin və onların çirklənməsinin qarşısını almağa kömək edəcək.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib
Next post Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
We are currently offering paid guest posting opportunity that can help you to rank your site. A small baby with a big attitude 😂 » zodiac tv global. All vehicle maintenance services.