ABŞ və İran arasında kritik görüşün yeri bəlli oldu
Daha əvvəl anonsu verilən razılaşmaların imzalanması məqsədilə ABŞ və İran nümayəndələrinin görüşü İsveçrənin Bürgenştok bölgəsində keçiriləcək.
Cənubtv.az xəbər verir ki, bu barədə TASS agentliyinə İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Pyer Alen Elçinqer məlumat verib.
“Son bir neçə gün ərzində XİN ABŞ və İran arasında İsveçrə ərazisində qarşılıqlı anlaşma memorandumunun mümkün imzalanması ilə bağlı ABŞ, İran, Pakistan və Qətərlə sıx təmasdadır. Hazırda sənədin imzalanması iyunun 19-da, cümə günü Nidvalden kantonunun Bürgenştok bölgəsində planlaşdırılır”, – deyə o, TASS-ın sorğusuna cavabında bildirib.
Elçinqer qeyd edib ki, görüşün keçiriləcəyi məkan vasitəçilər olan Pakistan və Qətər, eləcə də ABŞ və İran tərəfindən təklif olunub.
“İsveçrə bu danışıqlarda ev sahibi qismində çıxış edir və görüşün ölkə ərazisində keçirilməsi üçün zəruri diplomatik şəraiti təmin edir”, – deyə o əlavə edib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Xəstəxanalarda tibbi tullantılarla bağlı NARAHATLIQ – Şikayət – VİDEO
Son günlər dövlət xəstəxanalarında tibbi tullantıların idarə olunması ilə bağlı sosial şəbəkələrdə və vətəndaş müraciətlərində müxtəlif iddialar səsləndirilir. Bildirilir ki,...
Məmmədnağı Əkbərova yüksək vəzifə verildi
Məmmədnağı Asiman oğlu Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilib. Cenubtv.Az xəbər verir ki, bununla...
Metronun iki stansiyasına rəis TƏYİNATI – ÖZƏL
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə iki yeni stansiya rəisi təyin olunub. Cenubtv.Az-ın əldə etdiyi məlumata görə, bu barədə QSC sədri...
Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdi
Elektron köçürülmə əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi müəyyənləşib. Cenubtv.Az Oxu.Az-a istinadən xeber verir ki, bununla bağlı müvafiq...
Nigar Fərhadın əri HƏBS EDİLDİ – FOTO – VİDEO
Məşhur aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib. Cenubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iş onun rəhbərlik etdiyi "AID Group" xaricdə...
Trampın planı pozuldu? – İrandan sensasion AÇIQLAMA
İran Hörmüz boğazının yenidən açılmasına razılıq verməyib. Cenubtv.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi İranın danışıqlar heyətindəki mənbəyə istinadən...
Average Rating