Gecə evdən çıxmağa qorxurlar: Qaraçuxurda əhali vahimə içindədir – VİDEO

Read Time:42 Second

Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, 7 ünvanının Baku TV-nin qaynar xəttinə müraciət edən sakinləri yaşadıqları ərazidəki baxımsızlıqdan şikayət edirlər.

Onların sözlərinə görə, həyətdəki ağacların bir çoxu quruyub. Hətta ağaclardan biri kökündən qoparaq qaz borusunun üzərinə əyilib və təhlükəli vəziyyət yaradıb.

 

 

Sakinlər iddia edirlər ki, mənzil-kommunal istismar idarəsi problemi aradan qaldırmaq əvəzinə ağacı qaz borusuna bağlamaqla kifayətlənib.

Bundan əlavə, ərazidə küçə işıqlarının işləmədiyi və sahibsiz itlərin çoxluğu da sakinlərin narahatlığına səbəb olur.

Sakinlərdən biri bildirib: “Gecə aptekə dərman almağa çıxanda qorxudan hansı tərəfdən gedəcəyini bilmirsən. Həmçinin sahibsiz itlər var. Deyilənə görə, narkotik istifadəçiləri ağacların dibində nəsə gizlədir, sonra gəlib axtarırlar. Buna görə gecələr evdən çıxmağa ehtiyat edirik”.

Digər sakin isə təhlükənin ciddiliyinə diqqət çəkərək deyib:

“Ağac demək olar ki, sallanır. Həmin vaxt altında uşaq da ola bilər. Sabah hansısa faciə baş versə, bunun məsuliyyətini kim daşıyacaq?!”.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Ağstafada faciə: Evin zirzəmisində yanmış meyit tapıldı – VİDEO
Next post “Qarabağ”ın Avropa Liqasındakı rəqibi bilindi
A small baby with a big attitude 😂 » zodiac tv global. Fighting games : the enduring appeal of one on one combat. Seo e web marketing.