ABŞ-İran razılaşması: Tərəflər atəşkəsə əməl edəcəklər?

Read Time:1 Minute, 38 Second

“ABŞ-İran xəttində mümkün razılaşma Yaxın Şərq təhlükəsizlik arxitekturasına və qlobal enerji bazarlarına təsir edən strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Məlumdur ki, prosesin mərkəzində üç əsas sütun dayanır – İranın nüvə proqramının məhdudlaşdırılması, Hörmüz boğazında sabitlik və sanksiyalar rejiminin yumşaldılması”.

Cənubtv.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

ABŞ-İran razılaşması: Tərəflər atəşkəsə əməl edəcəklər?

O bildirib ki, ən vacib məqam razılaşmanın mahiyyətidir:

“Məlumdur ki, ilkin razılaşmalardan sonra İranın nüvə proqramı ilə bağlı uzunmüddətli danışıqlar nəzərdə tutulub. Əgər danışıqlar nəticəsində İranın dinc nüvə fəaliyyəti ilə bağlı razılşama əldə olunarsa, bu, təbii ki, özündə ciddi nəzarəti ehtiva edəcək. ABŞ üçün əsas məqsədin İranın hərbi nüvə potensialını bloklamaq, İran üçün isə sanksiyaların yumşaldılması və iqtisadi təcridin azaldılması olduğunu nəzərə alsaq deyə bilərik ki, bu balans razılaşmanın dayanıqlığını müəyyən edən əsas faktor olacaq”.

“İkinci mühüm ölçü regional təhlükəsizlikdir. Hörmüz boğazı dünya neft tədarükünün kritik damarıdır və gördük ki, burada istənilən gərginlik qlobal bazarlarda dərhal təsir yaradır. Ona görə də razılaşmanın iqtisadi tərəfi təkcə ABŞ və İran üçün yox, Avropa və Asiya bazarları üçün də strateji əhəmiyyət daşıyır. Bazarların artıq qiymətləri yumşaq reaksiya ilə tənzimləməsi də gözləntilərin optimist olduğunu göstərir. Lakin razılaşmanın davamlılığı hələ də ciddi sual altındadır. Bir tərəfdən, ABŞ daxilində siyasi dəyişkənlik və administrasiyalararası fərqli yanaşmalar var. Digər tərəfdən, İranın daxili siyasi strukturu da vahid xətt üzrə hərəkət etmir. Bundan əlavə, İsrailin mövqeyi də prosesə əlavə təzyiq yaradır. Bu faktorlar razılaşmanın uzunmüddətli sabit sistemə çevrilməsini çətinləşdirə bilər”, – analitik vurğulayıb.

Onun sözlərinə görə, Netanyahu kimi liderlərin ehtiyatlı və ya tənqidi mövqeyi, xüsusilə İranın regional təsir imkanları və proksi şəbəkələri ilə bağlı sərgilədiyi davranış hətta nüvə məsələsində razılaşma əldə olunsa belə, regional rəqabətin tam aradan qalxmayacağını deməyə əsas verir:

“Odur ki, mümkün ABŞ-İran razılaşması qlobal gərginliyi azaldan və enerji bazarlarını sabitləşdirən mühüm addım olsa da, bu, son həll deyil, daha çox idarəolunan müvəqqəti balans kimi görünür. Razılaşmanın davamlılığı isə təkcə sənədin mətnindən yox, tərəflərin siyasi iradəsindən, regional aktorların davranışından və qlobal geosiyasi dinamikanın dəyişməsindən asılı olacaq”.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bank olmayan kredit təşkilatlarında faizlər nəyə əsasən müəyyən edilir? – VİDEO
Next post Avtomobillərin icbari sığortasında YENİ DÖVR – Sabahdan BÖYÜK GÜZƏŞTLƏR olacaq
We are currently offering paid guest posting opportunity that can help you to rank your site. A small baby with a big attitude 😂 » zodiac tv global. Great customer service.