
Azərbaycanlı tələbə İstanbulda dələduzluqla üzləşib
Azərbaycandan Türkiyəyə oxumağa yollanan 24 yaşlı tələbə Səidə Kərimova fırıldaqçıların hədəfinə tuş gəlib.
Cenubtv.az “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, memarlıq ixtisası üzrə magistratura təhsili almaq üçün İstanbulda ev kirayələmək istəyən gənc xanım təxminən 8 min dollar ziyana düşüb.
Məlumata görə, hadisə avqustun 23-də Kərimovanın “əmlak agenti” olduğunu iddia edən Mustafa Boğaçhan K. ilə onlayn əlaqə saxlaması ilə başlayıb. Tərəflər “WhatsApp” vasitəsilə razılığa gəliblər. Kərimova evin fotolarına baxdıqdan sonra agentin verdiyi bank hesabına 6 aylıq kirayə pulu göndərib.
Oktyabrın 1-də İstanbula gələndə heç kimlə əlaqə saxlaya bilməyən azərbaycanlı tələbə belə bir evin olmadığını öyrənib. Daha sonra polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.
Kərimova başına gələnləri belə nəql edib: “Beşiktaşda ev kirayələmək istəyirdim. Evi bəyəndiyim üçün pulu göndərdim. İstanbula çatanda dedilər ki, ev sahibi gecikəcək, kafedə gözləyin. Dörd saat gözlədik, amma heç kim gəlmədi, mən onlara polisə zəng edəcəyimi bildirəndə məni otelə yerləşdirdilər”.
Fırıldaqçılar Kərimovaya “ev söküləcək”, “pulu qaytaracağam” kimi müxtəlif bəhanələr gətiriblər. O, hələ də dələduzların onun pulunu qaytarmadıqlarını vurğulayıb.
Fırıldaqçının ona şəxsiyyət vəsiqəsinin şəklini göndərərək, etibarını qazanmağa çalışdığını deyən Kərimova “Şəxsiyyət vəsiqəsini görəndə anladım ki, onun IBAN-da qeyd olunan şəxslə soyadı eynidir. Pulu qohumunun vasitəsilə aparıblar. İndi qızıllarını satıb pulunu ödəyəcəyini deyir”.
Polis hadisə ilə bağlı araşdırmalara başlasa da, gənc xanım hazırda müvəqqəti kirayə mənzildə qalır.
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Mingəçevirdə binanın zirzəmisində tapılan körpə ilə bağlı AÇIQLAMA
Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib. Sosial Xidmətlər Agentliyindən (SXA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin...
Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI – 13.10.2025
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi...
Bakıda 54 yaşlı kişi küçədə öldü
Bakıda 54 yaşlı kişi qəfil ölüb. hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. 1971-ci il təvəllüdlü Müşfiq Çoban oğlu...
“Sədərək”dəki reklamlar niyə sökülür? – RƏSMİ AÇIQLAMA
"Sədərək" Ticarət Mərkəzində yerləşən reklam qurğularının sökülməsi ilə bağlı məlumat yayılıb. Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Reklam...
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq Sülh Sammitində görüşdülər
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammiti çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. həmin görüntüləri təqdim edirik.
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verildiyi məhkəmədə təsdiqlənib
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,...
Average Rating