Azərbaycanlı tələbə İstanbulda dələduzluqla üzləşib
Azərbaycandan Türkiyəyə oxumağa yollanan 24 yaşlı tələbə Səidə Kərimova fırıldaqçıların hədəfinə tuş gəlib.
Cenubtv.az “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, memarlıq ixtisası üzrə magistratura təhsili almaq üçün İstanbulda ev kirayələmək istəyən gənc xanım təxminən 8 min dollar ziyana düşüb.
Məlumata görə, hadisə avqustun 23-də Kərimovanın “əmlak agenti” olduğunu iddia edən Mustafa Boğaçhan K. ilə onlayn əlaqə saxlaması ilə başlayıb. Tərəflər “WhatsApp” vasitəsilə razılığa gəliblər. Kərimova evin fotolarına baxdıqdan sonra agentin verdiyi bank hesabına 6 aylıq kirayə pulu göndərib.
Oktyabrın 1-də İstanbula gələndə heç kimlə əlaqə saxlaya bilməyən azərbaycanlı tələbə belə bir evin olmadığını öyrənib. Daha sonra polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.
Kərimova başına gələnləri belə nəql edib: “Beşiktaşda ev kirayələmək istəyirdim. Evi bəyəndiyim üçün pulu göndərdim. İstanbula çatanda dedilər ki, ev sahibi gecikəcək, kafedə gözləyin. Dörd saat gözlədik, amma heç kim gəlmədi, mən onlara polisə zəng edəcəyimi bildirəndə məni otelə yerləşdirdilər”.
Fırıldaqçılar Kərimovaya “ev söküləcək”, “pulu qaytaracağam” kimi müxtəlif bəhanələr gətiriblər. O, hələ də dələduzların onun pulunu qaytarmadıqlarını vurğulayıb.
Fırıldaqçının ona şəxsiyyət vəsiqəsinin şəklini göndərərək, etibarını qazanmağa çalışdığını deyən Kərimova “Şəxsiyyət vəsiqəsini görəndə anladım ki, onun IBAN-da qeyd olunan şəxslə soyadı eynidir. Pulu qohumunun vasitəsilə aparıblar. İndi qızıllarını satıb pulunu ödəyəcəyini deyir”.
Polis hadisə ilə bağlı araşdırmalara başlasa da, gənc xanım hazırda müvəqqəti kirayə mənzildə qalır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating