“Sədərək”dəki reklamlar niyə sökülür? – RƏSMİ AÇIQLAMA

Read Time:1 Minute, 52 Second

 

“Sədərək” Ticarət Mərkəzində yerləşən reklam qurğularının sökülməsi ilə bağlı məlumat yayılıb.

Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) məsələyə münasibət bildirib.

Qurumun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə əsasən, Agentlik “Reklam haqqında” Qanuna uyğun olaraq açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, hazırlanması və yayımı sahəsində vahid tənzimləmə və nəzarəti həyata keçirir.

Qurumdan verilən açıqlamada bildirilib ki, “Reklam haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən, açıq məkanda yerləşdirilən reklam torpaq sahələrində, bina və tikililərin fasadlarında, hasarlarında, dam örtüklərində, vitrinlərdə, eləcə də açıq məkan avadanlıqları üzərində və avtomobil yollarının kənarında yerləşdirildiyi hallarda açıq məkanda reklam hesab olunur.

Agentlik qeyd edib ki, qanunvericiliyə əsasən açıq məkanda reklam anlayışı və onun əhatə dairəsi mülkiyyət əsasında müəyyən olunmur.

“İstinad edilən məhkəmə qərarının məzmunu reklam daşıyıcıları ilə deyil, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə əlaqədardır”, – qurumdan bildirilib.

Məlumatda həmçinin xatırladılıb ki, Prezidentin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na əsasən, ADRA açıq məkanda yerləşdirilmiş reklam daşıyıcılarının qanunvericiliyə uyğunluğunu yoxlayır və zərurət yarandıqda onların sökülməsi barədə qərar qəbul edir.

Agentlik bildirib ki, hazırda ölkə üzrə açıq məkandakı reklam daşıyıcılarının yenilənməsi, onların “Reklam haqqında” Qanuna, Nazirlər Kabinetinin müəyyən etdiyi standartlara və texniki tələblərə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”ə əsasən, reklam qurğuları şəhərsalma və tikinti normalarına, eləcə də sanitariya tələblərinə uyğun şəkildə layihələndirilməli, hazırlanmalı və yerləşdirilməlidir.

Agentlikdən bildirilib ki, aparılmış yoxlamalar zamanı “Sədərək” Ticarət Mərkəzinin kənarında yerləşən bir sıra reklam daşıyıcılarının bu tələblərə cavab vermədiyi müəyyən edilib:

“Sözügedən reklamlar Ticarət Mərkəzinin daxilində deyil, yol kənarından açıq şəkildə görünən, paytaxtın əsas giriş yollarından birində yerləşən və açıq məkana ünvanlanan sahələrdə quraşdırılıb. Bu reklamlar həm texniki, həm də estetik baxımdan müəyyən edilmiş standartlara cavab vermir”.

Qurum əlavə edib ki, Agentlik sahibkarların mülkiyyət hüququna hörmətlə yanaşır, lakin ictimai məkanın estetik görünüşünün qorunması, şəhər mühitində təhlükəsizliyin təmin edilməsi və qanunvericiliyin tələblərinə riayət olunması prioritet məsələ olaraq qalır.

“Bu səbəbdən həyata keçirilən tədbirlər sahibkarlıq fəaliyyətinə müdaxilə deyil, qanunvericiliyin tələblərinin icrasına və ictimai maraqların qorunmasına yönəlib”, – deyə açıqlamada vurğulanıb.

 

 

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq Sülh Sammitində görüşdülər
Next post Azərbaycanlı tələbə İstanbulda dələduzluqla üzləşib
Cookie zustimmung verwalten. Single phase az distributors.