“Bandotdel” Bakıda və 4 rayonda əməliyyat keçirdi – HƏBS EDİLƏNLƏR VAR
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxtda və 4 rayonda əməliyyatlar keçirib.
Bizim.Media nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirlərlə paytaxt sakinləri Zamiq Əliyev, Elməddin Abdullazadə və əvvəllər məhkum olunmuş Mahir Sadıqovdan 2 “Makarov”, 1 “Beretta” tapançası, 3 daraq və 15 ədəd patron aşkarlanıb.
İdarə əməkdaşlarının paytaxt, eləcə də Ağcabədi, Şəmkir, Yevlax və Cəlilabad rayonlarında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rüfət Əsədov, Fazil Əzizov və Tural Mahmudovdan ümumilikdə 30 kiloqram marixuana, Anar Abasov, Rəşad Məmmədov tanışı Murad Əsgərov və Leyla Məmmədovadan isə 16 kiloqram kokain, heroin, tiryək, metramfetamin və güclü təsir edən maddə olan 52 ədəd ekstazi həbi aşkarlanıb.
Qanunsuz dövriyyədən 46 kiloqram narkotik vasitə çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Araşdırmalar davam etdirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 18 yaşlı gənc çayda boğularaq həyatını itirdi.
https://youtu.be/9w9gymmzBEw
Cəlilabad Rayon Peşə Məktəbində keçirilən “Giləmeyvə Açıq Qapı Günü” tədbiri keçirilmişdir
https://youtu.be/25d-fVy9RuI
Cəlilabadda 28 May-Müstəqillik Gününün 108-ci ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=J7KViWRg2eM
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tələbələrinin birgə əməyi ilə ərsəyə gələn bu möhtəşəm flaşmob gənclərin enerjisini, komanda ruhunu...
Cəlilabadda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi VİDEO
https://youtu.be/3zZuEa4nU1s
Average Rating