Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir
Müdafiə Nazirliyinin (MN) tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report-a” istinadən Cenubtv.az xəbər verir ki, müdafiə tərəfi vəsatət verərək bildirib ki, istintaq dövründə dəymiş ziyandan 160 min manat ödənilib. Nardaranda Ləhic bağları adlanan yerdə onun həyat yoldaşına məxsus kottec tipli beş bağ evinə istintaq dövründə həbs qoyulub və onların dəyəri real qiymətindən aşağı, yəni 684 min manat göstərilib.
“Rəşad Məlikzadə həbs olunmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidməti dəymiş ziyanın ödənilməsi üçün xəbərdarlıq edib. Ziyanı ödəmək üçün kotteclər satışa çıxarılıb və 40 min manat da beh alınıb. Həmin obyektləri 800 min manata satacaqdılar. O vaxt kottecləri alan şəxs Rusiyada olub. Ona görə satış edə bilməyiblər. Məhkəmədən xahiş edirik ki, həmin obyektlər üzərindən həbs götürülsün ki, sataraq dəymiş ziyanı ödəsinlər”, – müdafiə tərəfi bildirib.
Təqsirləndirilən şəxsin vəkili məhkəmədən xahiş edib ki, qeyd olunan faktlara görə R.Məlikzadə barəsində yüngülləşdirici qərarlar qəbul olunsun.
Həmçinin o vurğulayıb ki, Rəşad Məlikzadənin MN-in Maliyyə və Büdcə idarəsinə 480 min manat pul verilməsi ilə bağlı videomaterial istintaqa təqdim olunub. Müdafiəçi həmin videonun araşdırılmasını xahiş edib.
Məhkəmənin növbəti iclası mayın 29-na təyin olunub.
Qeyd edək ki, R.Məlikzadəni 26 sentyabr 2022-ci ildə DTX saxlayıb və Bakı Hərbi məhkəməsi qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
9.369.411 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq rəis Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
İranda daha bir etirazçı edam edildi – FOTO
İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan "Mizan Online" 2026-cı ilin yanvarında saxlanılan etirazçı Məcid Adinənin dar ağacından asıldığını açıqlayıb. Cenubtv.Az bu...
Əməkdar jurnalist Nurani dəfn olundu – FOTO
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) dəfn edilib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, mərhumun nəşi Yasamal qəbiristanlığında, valideynlərinin yanında torpağa...
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb – VİDEO
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Perm diyarı üzrə İdarəsi rüşvətxorluqda vasitəçilik təklif etməkdə şübhəli bilinən əcnəbi vətəndaşın saxlanıldığını bildirib. Cenubtv.Az Rusiya...
Anar Nəcəfliyə yeni VƏZİFƏ VERİLDİ
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfliyə yeni vəzifə verilib. Cenubtv.Az xəbər verir ki, o, yeni yaradılan...
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI
Xocavənddə mina partlayışında xəsarət alan şəxs xəstəxanadan evə buraxılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Cenubtv.Az-ın sorğusuna cavab olaraq bildirilib ki,...
Yol bərbad, su problemi, ətraf zibillik: Sabunçuda sakinlərdən ŞİKAYƏT – VİDEO
Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsinin sakinləri ərazidəki problemlərdən narazıdırlar. Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, yol uzun...
Average Rating