ƏLİL HÜSEYNOV QORXMAZIN MÜRACİYYƏTİ VİDEO
PREZİDENTİMDƏN KÖMƏK İSTƏYİRƏM.
Mən Hüseynov Qorxmaz Tarıverdi oğlu 2019-cu il mart ayının 19-da Bakı şəhəri Yasamal rayonunda kirayəyə yeni mənzil götürmüşdüm. Həmən evdə ilk yaşadığım gün, 19-undan 20-sinə keçən gecə, səhərə yaxın qaz sızması nəticəsində partlayış oldu. Partlayış nəticəsində, birinci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya düşdüm. Özəl xəstəxanalarda yanmış dərimin müəyyən hissələrini yarım bərpa edə bilib həkimlərimiz. Özümün və yaxın qohumlarımın vəsaiti hesabına indiyədək müalicə olunuram. Təzminatla bağlı prokurorluqlarda, məhkəmələrdə işlər gedib. Ancaq mənim təzminatım təmin edilməyib. Nə məqsədləsə təmin etmək istəmirlər. Mənim Məğrur, Qürurlu və canım qədər sevdiyim Sevimli Prezidentim İlham Əliyev cənabları sizə inanaraq, güvənərək müraciət edirəm ki, mənə bu işdə köməklik göstərəsiniz. Cənab Prezident inanın mən ağrılardan yata bilmirəm. Cənab Prezidentim sizdən artıq dərəcədə xahişim budur ki, təzminatımı almağıma mənə dəstək olasınız və bu işlə məşqul olan lazimi orqanlara öz tapşırıq və göstərişinizi verəsiniz.
HÜSEYNOV QORXMAZ TARIVERDİ OĞLU.
TELEFON ƏLAQƏSİ:
– 050 – 731 – 37 – 51.
Xüsusi müxbir Qurban Əhməd
Təsisçi və baş redaktor Rövşən Adiloğlu
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü qeyd olunub
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir...
Səbuhi Məmmədov və Arzu Musayeva həbs olundu – 300 nəfərdən çox zərərçəkən var
Son aylarda ölkənin virtual məkanında “*Ponzi*” sxemi əsasında fəaliyyət göstərən “*Any Unboxing*” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul...
Çəyirtkə sürüsü Abşeron yarımadasını niyə basıb? – FOTO – VİDEO
Abşeron yarımadası ərazisində yayılan çəyirtkə Misir çəyirtkəsinə bənzəyir". Cənubtv.Az Oxu.Az-a istinadən bildiri ki, Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı biologiya...
Tbilisi–Bakı qatarına alınan biletlərin statusunun “etibarsız” görünməsinin SƏBƏBİ
Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir Yollarının (ADY) onlayn bilet sistemində problemlə üzləşdiklərini bildirirlər. Bu barədə Cənubtv.Az...
“Yeddi daş”dan sosial şəbəkəyə yuvarlanan uşaqlıq
Samir İsayev yazır... Parlament sosial şəbəkədə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Vətəndaşların əksəriyyəti bu...
Average Rating