DYP piyadalara müraciət etdi
Read Time:56 Second
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
Müraciətdə deyilir:
“Respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələri içərisində piyada vurma hadisələrinin sayı üstünlük təşkil edir. Bu nəticənin formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamır. Sürücülərin onları vaxtında və aydın görməsi üçün təşəbbüs göstərməyən piyadalar, təəssüf ki, sonda ən çox zərər çəkən tərəf olur.
Mütəxəssislər piyadalara xüsusilə sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində uzaq məsafədən diqqət çəkən geyimlər geyinməyi, yaxud işıqqaytarıcı elementləri olan əşyalardan istifadə etməyi tövsiyə edir. Məlumdur ki, gecə vaxtı qara rəngli geyimlər seçilmir. Bununla yanaşı, göy rəng – 17, qırmızı rəng – 24, sarı rəng – 37, ağ rəng – 55, işıqqaytarıcı elementlər isə 130 metrdən fərq edilir.
Saatda 60 km sürətlə hərəkət edən avtomobilin əyləc yolunun quru asfaltda – 20, yaş asfaltda – 35, qar örtüyü olan yolda – 70, buzlu yolda – 140 metrə yaxın olduğunu nəzərə alsaq, sürücülərin diqqətini vaxtında cəlb etməyin əhəmiyyəti haqda bir daha düşünməyə dəyər.
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək onlardan sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində əlvan və ya işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməyi xahiş edir və hər kəsi bu sahədə ictimai iştirakçılığa töhfə verməyə çağırır”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45
Mail:Cenubtv.az@gmail.com
More Stories
Cəlilabadda 18 yaşlı gənc çayda boğularaq həyatını itirdi.
https://youtu.be/9w9gymmzBEw
Cəlilabad Rayon Peşə Məktəbində keçirilən “Giləmeyvə Açıq Qapı Günü” tədbiri keçirilmişdir
https://youtu.be/25d-fVy9RuI
Cəlilabadda 28 May-Müstəqillik Gününün 108-ci ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=J7KViWRg2eM
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tələbələrinin birgə əməyi ilə ərsəyə gələn bu möhtəşəm flaşmob gənclərin enerjisini, komanda ruhunu...
Cəlilabadda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi VİDEO
https://youtu.be/3zZuEa4nU1s
Average Rating