Masallıda 2 gecədə 8 evdən oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cenubtv.az-a verilən məlumata görə, Masallı rayonunun Çaxırlı kəndindəki yaşayış evlərindən birindən 1 150 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakinləri Qəfər Əhmədi, Elton Seyfulla və Mehrab Abdullayev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən oğurluq etdikləri məlum olub. Belə ki, Q.Əhmədi, E.Seyfulla və M.Abdullayev əsasən yaşayış olmayan evləri seçərək 2 gecə ərzində ümumilikdə 8 evdən məişət əşyalarını oğurlayıb müxtəlif ünvanlarda satıblar. Onların hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 18 yaşlı gənc çayda boğularaq həyatını itirdi.
https://youtu.be/9w9gymmzBEw
Cəlilabad Rayon Peşə Məktəbində keçirilən “Giləmeyvə Açıq Qapı Günü” tədbiri keçirilmişdir
https://youtu.be/25d-fVy9RuI
Cəlilabadda 28 May-Müstəqillik Gününün 108-ci ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=J7KViWRg2eM
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tələbələrinin birgə əməyi ilə ərsəyə gələn bu möhtəşəm flaşmob gənclərin enerjisini, komanda ruhunu...
Cəlilabadda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi VİDEO
https://youtu.be/3zZuEa4nU1s
Average Rating