Balakəndə “İbtidai sinif üzrə müəllim və valideynlərin təlimatlandırılması ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması” layihəsinin təlimləri davam edir
Balakən rayon Qazma 2 tam orta məktəbində “İbtidai sinif üzrə müəllim və valideynlərin təlimatlandırılması ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması” layihəsinin təlimləri davam edir.
Layihə rəhbəri Lamiə Arıxovanın verdiyi məlumata görə təklif olunan layihənin əsas məqsədi İbtidai sinif müəllimlərinin və valideynlərinin uşaqlara qarşı düzgün yanaşma üsullarının aşılanması, erkən yaşlardan başlayaraq uşaqların mənəvi cəhətdən daha sağlam inkişaf etməsi üçün bu istiqamətdə peşəkar formada təlimatlandırılması ilə məktəbdə psixososial durumun yaxşılaşdırılmasına dəstək verməkdən ibarətdir.
Məktəbdə Psixososial durumun yaxşılaşdırılmasına dair təlimlər, müəllim və valideynlərin məkətəbə yeni qədəmlərini qoymuş uşaqlarla ünsiyyət qurmaq üsullarının öyrənilməsi, ibtidai sinifdə şagird nailiyyətlərinin inkişafı, uşaqların psixoloji təhlükəsizliyinin öyrənilməsi, uşaqların sosial cəhətdən inkişaf etməsi layihənin vəzifələri hesab edilir.
Layihənin icra müddəti 3 ay olmaqla 15 sentyabr – 15 dekabr tarixlərini əhatə edəcək.
Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olub.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət...
Average Rating