17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü

Read Time:2 Minute, 42 Second

 

17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında keçirildi 

Mərasimdə şəhid Ayxan Cəfərovun məzarı ziyarət olundu. Ev-muzeyini mərasim iştirakçıları ilə birgə şəhid Ayxanın döyüş yoldaşı, qazi Asəf Şahmirzə oğlu və yazıçı Qurban Əhməd ziyarət etdilər.

Şəhid Ayxan Cəfərovun anım günü mərasimində Şəhid və qazilərlə iş şöbəsinin rəisi Füzuli Cəfərov çıxış edərək şəhid və qazilərimizin igidliyindən, şücaətindən və gösterdikləri qəhrəmanlıqlarla düşmənin gününü kabusa döndərmələrindən söz açdı.

Cəfərov Ayxan Camaləddin oğlu 6 sentyabr 1996-cı ildə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuşdur. O, 2014-cü ildə Üçtəpə kəndindəki Məzahir Ağayev adına tam orta məktəbi bitirdikdən sonra, 8 iyul 2015-ci ildə Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşmüşdü. Ayxan hərbi xidmətdə olduğu zaman ermənilərin təxribatına qarşı 2016-cı ilin aprel döyüşlərində də qəhrəmanlıqla iştirak etmişdi. O, 31 avqust 2016-cı ildə əsgərlik xidmətini ləyaqətlə başa vurub ehtiyata buraxılmışdı.

Ayxan Cəfərov Vətən Müharibəsi başlayanda, 2020-ci il sentyabrın 29-da könüllü olaraq azğın düşmənlərimizə qarşı döyüşməyə getmişdi. O; Füzuli, Cəbrayıl və Zəngilan uğrunda gedən qızğın döyüşlərdə döyüş yoldaşları ilə birgə düşmənə qan udduraraq böyük fədakarlıq və igidlik nümayiş etdirmişdi.

Cəfərov Ayxan Camaləddin oğlu Qubadlı ətrafında aparılan hərbi əməliyyatlar zamanı, 17 oktyabr 2020-ci ildə doğma Vətəni naminə igidliklə şəhid olmuş və əbədiyyət qazanmışdır.

O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları, 2026-cı ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun! 🇦🇿

Mətni orfoqrafiya və durğu işarələri (nöqtə, vergül, dırnaq işarələri və s.) baxımından qaydaya saldım. Düzəliş olunmuş versiyanı təqdim edirəm:

17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günü mərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında keçirildi.

Mərasimdə şəhid Ayxan Cəfərovun məzarı ziyarət olundu. Ev-muzeyini mərasim iştirakçıları ilə birgə şəhid Ayxanın döyüş yoldaşı, qazi Asəf Şahmirzə oğlu və yazıçı Qurban Əhməd ziyarət etdilər.

Şəhid Ayxan Cəfərovun anım günü mərasimində Şəhid və qazilərlə iş şöbəsinin rəisi Füzuli Cəfərov çıxış edərək şəhid və qazilərimizin igidliyindən, şücaətindən və gösterdikləri qəhrəmanlıqlarla düşmənin gününü kabusa döndərmələrindən söz açdı.

Cəfərov Ayxan Camaləddin oğlu 6 sentyabr 1996-cı ildə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuşdur. O, 2014-cü ildə Üçtəpə kəndindəki Məzahir Ağayev adına tam orta məktəbi bitirdikdən sonra, 8 iyul 2015-ci ildə Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşmüşdü. Ayxan hərbi xidmətdə olduğu zaman ermənilərin təxribatına qarşı 2016-cı ilin aprel döyüşlərində də qəhrəmanlıqla iştirak etmişdi. O, 31 avqust 2016-cı ildə əsgərlik xidmətini ləyaqətlə başa vurub ehtiyata buraxılmışdı.

Ayxan Cəfərov Vətən Müharibəsi başlayanda, 2020-ci il sentyabrın 29-da könüllü olaraq azğın düşmənlərimizə qarşı döyüşməyə getmişdi. O; Füzuli, Cəbrayıl və Zəngilan uğrunda gedən qızğın döyüşlərdə döyüş yoldaşları ilə birgə düşmənə qan udduraraq böyük fədakarlıq və igidlik nümayiş etdirmişdi.

Cəfərov Ayxan Camaləddin oğlu Qubadlı ətrafında aparılan hərbi əməliyyatlar zamanı, 17 oktyabr 2020-ci ildə doğma Vətəni naminə igidliklə şəhid olmuş və əbədiyyət qazanmışdır.

O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları, 2026-cı ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun! 🇦🇿

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Uncategorized archives yaar win game. Alcalde manuel marin nº , camas sevilla españa..