Biləsuvarda zəncirvari qəzada ölən və yaralananların kimlikləri məlum oldu – Foto

Read Time:1 Minute, 0 Second

Biləsuvar rayonunda baş verən zəncirvari yol qəzası nəticəsində ölən və xəsarət şəxslərin kimlikləri bilinib.

Cenubtv.Az “Report”a istinadən xəbər verir ki, xəsarət alanlar Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Mahmudağa Hacıağa oğlu Əliyev, Bakı şəhəri Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Nişanə Mübariz qızı Əmənova, Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Rauf Volodiya oğlu Məmmədov və Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Pərviz Mübariz oğlu Əhədovdur.

Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Fəxrəddin Adil oğlu Qurbanov dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, yolun Bakı istiqamətində hərəkət edən “Niva” markalı avtomobil yolun kənarında dayanan “Mercedes” markalı avtomobillə toqquşub. Sonra zərbənin təsirindən idarəetmədən çıxan “Niva” və “Mercedes” markalı avtomobillər daha iki maşınla toqquşub.

Biləsuvar rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Cenubtv.Az “Report”a istinadən xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, bir neçə avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar. Hazırda ölən və xəsarət alan şəxslərin kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda zəncirvari qəzada ölən və yaralananların kimlikləri məlum oldu - Foto

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Azərbaycanda müğənni əməliyyatdan sonra öldü – Foto
Next post Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
slide decks and data tables. Transitions overlays.