“Başını kəsmişdi, saçları üzünə tökülmüşdü” – Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
Cenubtv.Az “Azad Azərbaycan” (ATV) telekanalına istinadən xəbər verir ki, hadisə ötən axşam qəsəbədə yerləşən fərdi yaşayış evlərindən birində baş verib.
33 yaşlı Əsgər Hüseynov həyat yoldaşı, 31 yaşlı Şəhanə İmanovanı kəsici alətlə qətlə yetirib. Hadisə barədə danışan qonşunun sözlərinə görə, qadın evin qarşısında ağır vəziyyətdə olub:
“Getdim gördüm, gəlin qapının ağzında uzanıb. Başını kəsib, saçları da üzünə tökülüb”.

Qonşu hadisədən əvvəl 15 yaşlı oğlanın kömək üçün qaçaraq ondan kömək istədiyini bildirib: “15 yaşında oğlan uşağı qışqıra-qışqıra gəldi ki, kömək elə, kəsir. Mən də elə bildim əlini kəsib”.
Şahidin sözlərinə görə, həmin vaxt kişi hadisə yerindən qaçıb. Digər qonşu isə bildirib ki, daha sonra kişi uşağı da özü ilə götürərək ərazidən uzaqlaşıb:
“Sonra gördük uşağı götürdü, qaçdı. Anası orada ağlaya-ağlaya danışırdı. Dedi ki, qız boşanmaq istəyirmiş. Oğlan da icazə vermirmiş. Sonra gəlib yaxınlaşıb deyib ki, uşağı ver, görmək istəyirəm. Uşağı alıb qadından, sonra bıçağı çəkib qadının üstünə bıçaqlayıb”.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam etdirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Average Rating