Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları – Video
Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir.
Cenubtv.Az xəbər verir ki, qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:
Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib.
Cenubtv.Az Baku TV-yə istinadən xəbər verir ki, E.Rüstəmovun qətlində tanışı, 30 yaşlı Cavad Hüseynov şübhəli bilinir.
Mərhumun qohumunun sözlərinə görə, tərəflər Elnur Rüstəmovun dayısı oğlunun yığıncağında yeyib-içərkən aralarında mübahisə yaranıb. Daha sonra mübahisə Cavad Hüseynovun evinin qarşısında davam edib. Nəticədə o, Elnuru ürək nahiyəsindən bıçaqlayıb.
Mərhumun yaxınlarının sözlərinə görə, qarşı tərəf hadisədən sonra özü gedib polisə təslim olub:
“Tərəflər yaxın qohum olublar. Səhər eşitdik ki, belə bir hadisə baş verib. Elnur ailədə iki oğuldan böyüyü idi. Çox mehriban, hamı ilə ünsiyyətcil uşaq idi. Məsələnin bu həddə gəlib çatması üçün bir səbəb olmayıb”.
Hadisəni törətməkdə şübhəli bilinən Cavad Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma başlanılıb.


![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating