Sükan arxasında yuxuladı, qarşıdakı TIR-a çırpıldı – AÇIQLAMA – VİDEO
Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 115-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 14:30-da qeydə alınıb.
Bu məlumat Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
Ş.Məmmədovun idarə etdiyi DAF markalı, 01-CJ-850 dövlət qeydiyyat nişanlı yük avtomobili qarşıda hərəkət edən Y.Pirxiyevin idarə etdiyi MAN markalı, 99-FB-164 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində Ş.Məmmədov xəsarət alıb. Hadisə yerinə YPX Alayının əməkdaşları cəlb olunublar.
İlkin məlumata görə, hadisə sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır”, – deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Cenubtv.Az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında baş verib.
Belə ki, “KamAZ” markalı yük avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sürücü xəsarət alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating