Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı

Read Time:49 Second

Goranboyda çay evində bıçaqlanma olub.

Cenubtv.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sarov kəndində yerləşən “Komfort” çay evində qeydə alınıb.

İttiham aktına görə, 23 yaşlı Şükür İsayev (şərti adla) obyektdə tanışı və bir xanımla oturarkən mahnı sifarişi üstündə digər masada əyləşən müştəri ilə dava edib. Belə ki, əvvəlcə yan masada əyləşənlər “Goranboy” mahnısı sifariş edib oynayıblar. Bu zaman Şükürün tanışı “Gəncə” mahnısı ifa etdirib və rəqs etməyə başlayıb. Sonra yenidən yan masadakı qonaqlar “Goranboy” mahnısı sifariş ediblər. Bundan sonra onlar Şükürün dostu ilə mübahisə ediblər.

Şükür İsayev də dostunun yanına gedib və həmin şəxslərdən biri onunla mübahisəyə başlayıb. O, Şükürə yumruq zərbəsi atıb, lakin zərbə ona dəyməyib. Bu zaman Şükür üzərindəki bıçaqla həmin şəxsi bıçaqlayıb.

Fakt əsasında Ş.İsayev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Zərərçəkən şəxs də, həmçinin təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Ş.İsayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bakı metrosunda HƏYƏCANLI ANLAR
Next post Sükan arxasında yuxuladı, qarşıdakı TIR-a çırpıldı – AÇIQLAMA – VİDEO
Show your website to real visitors across a network of other sites — completely free, with no advertising budget..