“Şəki yaylası” faciəsində yeni fakt – FOTO

Read Time:2 Minute, 10 Second

“Şəki yaylası”nda iki nəfərin ölümü ilə nəticələnən faciədən sonra hadisənin səbəbləri və məsuliyyət məsələsi ətrafında müxtəlif fikirlər səsləndirilir. Hadisənin texniki nasazlıqla əlaqələndirilməsi ilə yanaşı, obyektin təhlükəsizlik qaydalarına əməl edib-etmədiyi ilə bağlı da ciddi suallar yaranıb.

Cenubtv.Az Axar.az-a istinadən xəbər verir ki, yeni məlumat isə bu məsələyə tamam başqa prizmadan baxmağa əsas verir.

Redaksiyaya müraciət edən şəxsin təqdim etdiyi fotolara əsasən, “Şəki yaylası”nda istifadə olunan “ziplayn” avadanlıqlarında əlavə qoruyucu kəmərin istehsalçının nəzərdə tutduğu qaydada quraşdırılmadığı görünür.

Şəki yaylası faciəsində yeni fakt - FOTO

Belə ki, hadisə zamanı yerə düşən şəxsin üzərində olan avadanlığın fotosunda hər iki halqanın rolikin alt hissəsinə bərkidildiyi əks olunur. Müraciət müəllifinin sözlərinə görə, əlavə qoruyucu kəmər məhz bu halqalardan biri vasitəsilə trosu əhatə edərək rolikin üzərində yerləşən xüsusi qulaqcığa bağlanmalı idi.

Bu sistemin məqsədi isə rolikdə nasazlıq baş verdiyi halda istifadəçinin trosdan asılı vəziyyətdə qalması və yerə düşməsinin qarşısını almaqdır.

Başqa sözlə, söhbət, sadəcə, qırılmış bir detalın olub-olmamasından yox, həmin detalın ümumiyyətlə düzgün quraşdırılmamasından gedir.

Müraciət müəllifi daha ciddi bir məqama da diqqət çəkir: Eyni quraşdırma üsulu hadisə zamanı istifadə olunan avadanlıqla məhdudlaşmayıb. “Şəki yaylası”nda “ziplayn”dan istifadə edən digər şəxslərin avadanlıqlarında da əlavə qoruyucu kəmərlərin rolikin alt hissəsinə bərkidildiyi görünür.

Şəki yaylası faciəsində yeni fakt - FOTO

Əgər bu görüntülər və iddialar texniki araşdırma zamanı təsdiqlənərsə, o zaman məsələ yalnız bir avadanlığın nasazlığı kimi qiymətləndirilə bilməz.

Müraciət müəllifi bununla bağlı istehsalçı zavodun istifadəçi təlimatını da təqdim edib. Təlimatda əlavə qoruyucu kəmərin trosu əhatə etməklə rolikin üzərindəki xüsusi qulaqcığa bərkidilməsi göstərilir.

Şəki yaylası faciəsində yeni fakt - FOTO

Lakin “Şəki yaylası”nda bunun əksinin tətbiq edildiyi görünür. Qoruyucu kəmər rolikin alt hissəsinə bərkidilmiş vəziyyətdə olub.

Daha bir məqam isə hadisə zamanı qopan detalın mahiyyəti ilə bağlıdır.

Müraciət müəllifinin sözlərinə görə, göy oxla göstərilən hissə əlavə qoruyucu kəmər deyil. Onun izahına əsasən, bu, obyekt tərəfindən plastik borunun iki yerə bölünməsi yolu ilə küstar üsulla hazırlanmış əyləc mexanizmidir və hadisə zamanı həmin mexanizm də lentdən qopub.

Şəki yaylası faciəsində yeni fakt - FOTO

“Prokurorluğun materiallarında küstar üsulla hazırlanmış və lentdən qopmuş əyləc mexanizmi “əlavə qoruyucunun zədələnməsi” kimi qeyd edilib”, – müraciətdə qeyd olunub.

Əgər bu məlumat doğrudursa, burada da ciddi sual yaranır: küstar üsulla hazırlanmış əyləc mexanizmi necə “əlavə qoruyucu” kimi təqdim edilib?

Çünki əlavə qoruyucu sistemin əsas funksiyası məhz rolikdə nasazlıq yarandıqda insanın trosdan asılı vəziyyətdə qalmasını təmin etməkdir. Bunun üçün nəzərdə tutulan sistem isə istehsalçının təlimatında konkret şəkildə göstərilib.

Şəki yaylası faciəsində yeni fakt - FOTO

Şəki yaylası faciəsində yeni fakt - FOTO

Digər tərəfdən, təqdim olunan görüntülər həmin quraşdırmanın yalnız faciə baş verən avadanlıqda olmadığını göstərirsə, araşdırmanın dairəsi də genişlənməlidir.

Əlavə qoruyucu kəmər niyə düzgün quraşdırılmayıb? Kim tərəfindən quraşdırılıb? İstehsalçının təlimatından niyə kənara çıxılıb? Eyni sistem digər istifadəçilərin avadanlıqlarında da tətbiq edilibsə, buna kim nəzarət edib?

Bu suallar cavablandırılmadan faciənin yalnız “texniki nasazlıq” kimi təqdim edilməsi hadisənin mümkün səbəblərinin mühüm hissəsini kölgədə qoya bilər.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Ramiz Mehdiyevin CİNAYƏT İŞİ məhkəməyə göndərildi – Digər müttəhim kimdir?
Next post Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb – FOTO – VİDEO
Exchange contextual links automatically and build real site authority Exchange contextual links automatically and build real site authority ..