Müəllimə gül almaq neçəyə başa gəlir? – Paytaxt mağazalarında son qiymətlər – VİDEO
“Bilik günü”ndə valideynlərin üz tutduqları əsas yerlərdən biri də gül dükanlarıdır. Hər il olduğu kimi, bu il də şagirdlər “Bilik günü”nə gül buketləri ilə gedəcəklər. Bəs bu günlərdə hazırlanan buketlərin qiymətləri necədir?
Cenubtv.Az Oxu.Az-a istinadən hazırda gül bazarındakı son vəziyyəti araşdırıb.
Ümumilikdə, paytaxtın bir neçə rayonunda apardığımız araşdırmalara əsasən, qeyd etmək olar ki, qiymətlər bir-birinə yaxındır.
Xətai rayonunda yerləşən çiçək mağazalarında qızılgüllər 5 manatdan, gül buketləri isə 20 manatdan başlayır. Qeyd olunur ki, qiymətlər şəxslərin büdcəsinə uyğun olaraq dəyişir. “Bilik günü”nə özəl hazırlanan hədiyyə səbətlərinin qiyməti isə 50 manatdan başlayaraq, 100 manata qədər dəyişir.
Səbail rayonu ərazisində yerləşən buket satış məntəqələrində də qiymətlər büdcəyə uyğun dəyişir. Məsələn, gül buketlərinin qiyməti 15 manatdan 500 manata qədərdir. Hədiyyəlik səbətlərin qiyməti isə 20 manatdan başlayır.
Yasamal rayonunda isə qiymətlər nisbətən yüksəkdir. Gül buketlərinin minimal qiyməti 30, hədiyyəlik səbətlərin isə 50 manatdır. Bildirilir ki, qiymətlər büdcəyə görə dəyişir və istənilən məbləğdə buket, hədiyyə səbəti tapmaq olar.
Qaradağ rayonunda da gül buketlərinin qiyməti 20 manatdan başlayır və büdcəyə uyğun dəyişir. Hədiyyəlik səbətlərin qiyməti isə 70-200 manat aralığındadır.
Nizami rayonunda isə gül buketlərinin qiyməti 20 manatdan, hədiyyəlik səbətlərin qiyməti isə 15 manatdan başlayır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət...
Erməni siyasətçi: “Əgər Əliyev tələb etsə, Nikol bu əsgəri şəxsən Bakıya qədər müşayiət edəcək”
"Əgər İlham Əliyev tələb edərsə, Nikol bu əsgəri şəxsən özü qaçaraq Bakıya qədər müşayiət edəcək". Cenubtv.Az-ın Ermənistanın "Hraparak" nəşrinə istinadən xəbərinə görə,...
Average Rating