Üzdə şişkinlik, dəridə səpgilər: Səbəb geyiminizdə gizlənə bilər – VİDEO
Geyindiyimiz paltarlar bəzən dərimizdə dərin izlər buraxır. Hətta üzdə və gözlərin ətrafında şişkinliyə gətirib çıxarır. Bəs bu əlamətlər hansı hallarda ciddi siqnal hesab olunur?
Mövzu ilə bağlı Baku TV-yə açıqlama verən allerqoloq Ramil Qocayev bildirib ki, bədənlə təmasda olan geyimlər və digər vasitələr orqanizmdə müxtəlif allergik reaksiyalar yarada bilər:
“Xüsusilə, geyimlərin tərkibindəki kimyəvi maddələrin və tünd rənglərin həddindən artıq olması bədənin müxtəlif nahiyələrində səpgilər, qızartılar, sulanmalar və gözətrafında quruluq kimi fəsadlara yol açır. Ümumiyyətlə, təmasda olduğumuz hər bir əşya allergiya mənbəyinə çevrilə bilər. Hər orqanizmin fərdi xüsusiyyətləri olduğu üçün reaksiyalar da müxtəlifdir. Burada həm yeni, həm də köhnə geyimlər əsas risk faktorları sırasındadır”
Həkim, xüsusilə, mövsüm dəyişikliyi zamanı diqqətli olmağı tövsiyə edib.
“Payızın gəlişi ilə uzun müddət saxlanılan yerlərdən çıxarılan geyimlərdə toz gənələri və ya müxtəlif mikroorqanizmlər məskən sala bilər. Bu da orqanizmdə asqırma, gözlərdə sulanma və qızartı ilə müşayiət olunan mövsümi allergik reaksiyalara səbəb ola bilər. Belə hallara daha çox yaz və payız fəsillərində rast gəlinir”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating