Evə sərxoş gələn Mirnəsib arvadını bıçaqladı – Təfərrüat

Read Time:42 Second

Gəncədə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Mirnəsib Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub, o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Mirnəsib Yusifov tez-tez evə sərxoş vəziyyətdə gəlib və həyat yoldaşı Bəsti Yusifova ilə mübahisələri olub. O, Bəstinin bir neçə dəfə telefonunun kodunu dəyişdiyini görüb və bunu ona irad tutub, “TikTok” sosial şəbəkəsindən istifadə etməməsini tapşırıb. Bəsti isə onun bu tələblərinə məhəl qoymayıb.

 

Bir neçə gün sonra Mirnəsib yenidən içkili vəziyyətdə evə gələrək, Bəsti ilə mübahisə edib. Qadın ərinə onun hərəkətlərindən bezdiyini bildirib. Bu vaxt Mirnəsib mətbəx bıçağı ilə Bəstiyə iki zərbə endirib. O, daha sonra hadisə yerindən uzaqlaşıb.

 

Bəsti Yusifova xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Yusifov saxlanılaraq istintaqa təhvil verilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Next post Qayınanası şillə vurduğu üçün arvadını boğdu – Ağstafadakı dəhşətli cinayətin təfərrüatı
This site requires javascript to work, please enable javascript in your browser or use a browser with javascript support. Genre. Our website offers the latest Acid Techno tracks, in-depth articles, exclusive interviews with top DJs and producers, and updates on the hottest events. Купить квартиру в Некрасовке от компании Самолет Застройщик.