Hövsanda həyat yoldaşının avtomobilinə hücum edən qadına protokol tərtib olundu – FOTO

Read Time:51 Second

Bakının Suraxanı rayonunda yol kənarında park edilmiş avtomobilə hücum edən 1992-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək polis şöbəsinə dəvət olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov verib.

Hövsanda həyat yoldaşının avtomobilinə hücum edən qadına protokol tərtib olundu - FOTO

“Onunla profilaktik-izahedici söhbət aparılıb, hərəkətlərinə hüquqi qiymət verilərək barəsində qanunvericiliyə uyğun inzibati protokol tərtib edilib. Qeyd edək ki, qadının hərəkətləri ilə bağlı həyat yoldaşı tərəfindən polis orqanına hər hansı şikayət daxil olmayıb. Vətəndaşların ictimai qaydalara və qanunvericiliyin tələblərinə riayət etmələri, xüsusilə ailə-məişət münasibətlərində qarşı tərəfin hüquq və qanuni mənafelərinə hörmətlə yanaşmaları tövsiyə olunur”, – deyə məlumatda bildirilir.

Bakının Suraxanı rayonunda yol kənarında park edilmiş avtomobilə hücum edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd olunub ki, hadisə ötən gün Hövsan qəsəbəsində baş verib.

Kimliyi məlum olmayan qadın əlindəki alətlə dayanmış avtomobilin şüşələrini sındırmağa çalışıb və nəqliyyat vasitəsinə dəfələrlə zərbələr endirib.

İddialara görə, hücuma məruz qalan avtomobil hadisəni törədən qadının həyat yoldaşına məxsusdur.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Məsələ polis tərəfindən araşdırılır. Qadın polis şöbəsinə dəvət olunub.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Türkiyədə elmi mərkəz kimi istifadə olunan “Airbus A340” təyyarəsi alovlandı – VİDEO
Next post ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı – VİDEO
Link. 403 forbidden. Çerkezköy taksi Çağır | 7/24 en yakın taksi durağı.