Şuşada qayaların üzərinə yazılan yazılar silindi – VİDEO
“Şuşa şəhərinə gələn bəzi turistlərin tarixi əhəmiyyət daşıyan qayaların üzərində əks etdirdiyi yazılar artıq silinib”.
Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verib.
O bildirib ki, yazılar təmizlənəndən sonra Cıdır düzündəki qayalara xeyli ziyan dəyir.
Sözügedən görüntüləri təqdim edirik:
Şuşada tarixi qayalara yazı yazan şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.
Bu barədə Cenubtv.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, saxlanılan şəxslər barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
Aygün Mirakif
Şuşa şəhərinə gələn bəzi turistlərin tarixi əhəmiyyət daşıyan qayaların üzərinə yazılar yazması narazılığa səbəb olub.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova Oxu.Az-a açıqlamasında məsələ ilə bağlı qurumun adından ictimaiyyətə müraciət edib.
O bildirib ki, şəhərə gələn bəzi şəxslər həm təbiətə, həm də tarixi əks etdirən qayalara ziyan vururlar:
“Sizə, sadəcə, iki nümunə göndərdik. Belə hallar çoxdur. Məsələ ilə bağlı dəfələrlə tədbir görülüb, qayaları korlayan şəxslər cərimələnib və onlara izahat verilib. Lakin buna baxmayaraq, xoşagəlməz hallar davam edir və təkrarlanır.
O qayalarda qan izləri var, o qayalarda güllə izləri var. Bütün bunların fonunda gəlib orada yazı yazmaq, ad yazmaq, hər şeydən əvvəl, o torpaqlara canını qoyanların ruhuna hörmətsizlikdir”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating