Binədə üç avtomobilin toqquşmasının ANBAAN GÖRÜNTÜLƏRİ
Bakının Xəzər rayonu, Binə qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub, hadisə Binə Atçılıq yaşayış massivində baş verib.
İlkin İslam oğlu Manafov idarə etdiyi VAZ markalı, 56-BR-480 dövlət nömrə nişanlı avtomobillə sağ zolaqdan birbaşa sola dönmə edərkən, arxadan gələn 99-YU-179 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” və 77-TE-247 dövlət nömrə nişanlı “AzSamand” markalı avtomobillər ona çırpılıb. Nəticədə VAZ-ın sürücüsü xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Hadisə ötən gün saat 18:25-də qəsəbə ərazisində qeydə alınıb.
Belə ki, eyni istiqamətdə hərəkətdə olan avtomobillərdən biri sol dönmə manevri edən zaman arxadan gələn iki maşın ona çırpılıb. Hadisəyə ara məsafəsinin düzgün saxlanılmaması və manevr qaydasının pozulması səbəb olub.
Nəticədə üç avtomobilə ciddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı – VİDEO
ABŞ-də Texasdan Nyu-Cersiyə həyata keçirilən uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin dini xarakterli təhqirlər qışqırıb, bələdçiyə qarşı irqçi ifadələr işlədib,...
Hövsanda həyat yoldaşının avtomobilinə hücum edən qadına protokol tərtib olundu – FOTO
Bakının Suraxanı rayonunda yol kənarında park edilmiş avtomobilə hücum edən 1992-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək polis...
Türkiyədə elmi mərkəz kimi istifadə olunan “Airbus A340” təyyarəsi alovlandı – VİDEO
Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda Aviasiya Elmləri Mərkəzi kimi istifadə edilən "Airbus A340" sərnişin təyyarəsində yanğın baş verib. Bu barədə Cenubtv.Az Türkiyə...
Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb
Yəmənin cənub-qərbində "Ənsar Allah" qruplaşmasının (husilər) döyüşçüləri ilə hökumət qüvvələri arasında toqquşmalar baş verib. Cenubtv.Az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə"...
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. Cenubtv.Az "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən...
CHP-nin sədr müavininin sevgilisinə şiddət görüntüləri yayıldı – VİDEO
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Berhan Şimşekin 10 ildir birlikdə yaşadığı Özlem Şanverə qarşı zorakılıq etdiyini əks etdirən kadrlar...
Average Rating