Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ – TƏFƏRRÜAT – VİDEO
Tovuz rayonunda 20 yaşlı Rufanə Nəbiyevanın əri tərəfindən boğaz nahiyəsindən bıçaqlanması hadisəsinin təfərrüatı məlum olub.
Cenubtv.Az “Teleqraf”a istinadən xəbər verir ki, zərərçəkənin xalası Afət Əsədova hadisə ilə bağlı açıqlama verib.
O bildirib ki, R.Nəbiyevanın əri dəfələrlə həyat yoldaşını ölümlə təhdid edib və ana evinə getməsinə icazə verməyib:

“Mənim bacım qızıdır. Əri hər dəfə deyirdi ki, Rusiyadan onu öldürməyə gəlirəm. Bir müddətdir ailədə ziddiyyətli vəziyyət yaranmışdı. Əri Rusiyaya gedəndən sonra qız da anasının evinə qayıtdı. Dünən boşanma ilə bağlı məhkəmələri idi. İki ildir ailə qurublar, bir övladları var. İlk başlarda hər şey normal idi, yaşayırdılar. Nə oldusa sonradan oldu. Qıza deyirdi anan gəlməsin bu evə, bir qohumun gəlməsin. Bacınla telefonla danışmaq olmaz. Hansı zəmanədir ana övladı ilə, qız bacısı ilə danışmasın? Bu o fikirlə Rusiyadan qayıdıb ki, qızı öldürsün”.
Qeyd edək ki, cinayəti qadının əri Nəbi Nəbiyevin törətdiyi ehtimal olunur. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb.
Cenubtv.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiyev bıçaqlayıb. Onlar yeni ailə həyatı qurubmuşlar.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma başlanılıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
13 il əvvəlki amansız qətlin üstü açıldı – Saxlanılan var
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Cenubtv.Az Oxu.Az - a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq...
Cəlilabadda gözətçi fermada ehtiyatsızlıqdan özünü vurdu
Cəlilabad rayonunda gözətçi bədbəxt hadisə nəticəsində xəsarət alıb. hadisə rayonun Hamarqışlaq kəndində yerləşən fermada baş verib. Əslən Goranboy rayonundan olan,...
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı – 6 il həbs verildi
Bakıda bir neçə nəfərə qarşı dələduzluq etmiş 36 yaşlı qadın cinayət məsuliyyətinə cəlb olunub. Cenubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki,...
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü – Hücumun anbaan görüntüsü
Hindistanın Karnataka ştatında 91 yaşlı qadın öz evinin həyətində meymunun hücumuna məruz qalıb. Qadın bir gün sonra həyatını itirib. Cenubtv.Az xəbər...
Dənizdə batan tələbələrin fotoları
Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan iki gəncin - Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmrəliyev və Bərdə rayon...
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı
Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır. Cenubv.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti...
Average Rating