Dələduzluqda təqsirləndirilən şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib.
Cenutv.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Ədalət Fərman oğlu Mustafayevin ekstradisiyası haqqında qərar qəbul olunub.
Belə ki, Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ədalət Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Ədalət Mustafayev Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı – VİDEO
ABŞ-də Texasdan Nyu-Cersiyə həyata keçirilən uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin dini xarakterli təhqirlər qışqırıb, bələdçiyə qarşı irqçi ifadələr işlədib,...
Hövsanda həyat yoldaşının avtomobilinə hücum edən qadına protokol tərtib olundu – FOTO
Bakının Suraxanı rayonunda yol kənarında park edilmiş avtomobilə hücum edən 1992-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək polis...
Türkiyədə elmi mərkəz kimi istifadə olunan “Airbus A340” təyyarəsi alovlandı – VİDEO
Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda Aviasiya Elmləri Mərkəzi kimi istifadə edilən "Airbus A340" sərnişin təyyarəsində yanğın baş verib. Bu barədə Cenubtv.Az Türkiyə...
Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb
Yəmənin cənub-qərbində "Ənsar Allah" qruplaşmasının (husilər) döyüşçüləri ilə hökumət qüvvələri arasında toqquşmalar baş verib. Cenubtv.Az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə"...
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. Cenubtv.Az "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən...
CHP-nin sədr müavininin sevgilisinə şiddət görüntüləri yayıldı – VİDEO
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Berhan Şimşekin 10 ildir birlikdə yaşadığı Özlem Şanverə qarşı zorakılıq etdiyini əks etdirən kadrlar...
Average Rating