“Təbrik Palace” restoranının qarşısında KÜTLƏVİ DAVA – VİDEO
Bakıda şadlıq evinin qarşısında kütləvi dava olub.
Cenubtv.Az “Xəzər” TV-yə istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Təbrik Palace” restoranının qarşısında baş verib.
Sakinlər belə hadisələrin tez-tez baş verdiyini, bundan əlavə, restoranda keçirilən şənliklər zamanı ətrafa yayılan səs-küydən narahat olduqlarını bildirirlər. Onlar həmçinin iddia edirlər ki, toylar başlayan kimi nə avtomobillərini normal park edə, nə də mənzillərində rahatlıq tapa bilirlər.

Sakinlərin iddialarını restoranın direktor müavini Elçin Abbasxanov cavablandırıb:
“Son hadisənin əks olunduğu videoda restoran işçiləri ilə müştəri arasında baş verən dava görüntülənməyib. Bu hadisə toydan sonra sərxoş qohumlar arasında baş verib. Biz də müvafiq qurumlara dərhal məlumat verdik, sakinlərdən yaranmış narahatlığa görə üzr istəyirik. İnanırıq ki, bir də baş verməz”.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsində bir qrup şəxs arasında baş vermiş insidentlə bağlı ərazi polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və şahidlər dindirilib. Hazırda hadisənin bütün hallarının və başvermə səbəblərinin tam, hərtərəfli araşdırılması istiqamətində zəruri təhqiqat tədbirləri davam etdirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
13 il əvvəlki amansız qətlin üstü açıldı – Saxlanılan var
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Cenubtv.Az Oxu.Az - a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq...
Cəlilabadda gözətçi fermada ehtiyatsızlıqdan özünü vurdu
Cəlilabad rayonunda gözətçi bədbəxt hadisə nəticəsində xəsarət alıb. hadisə rayonun Hamarqışlaq kəndində yerləşən fermada baş verib. Əslən Goranboy rayonundan olan,...
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı – 6 il həbs verildi
Bakıda bir neçə nəfərə qarşı dələduzluq etmiş 36 yaşlı qadın cinayət məsuliyyətinə cəlb olunub. Cenubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki,...
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü – Hücumun anbaan görüntüsü
Hindistanın Karnataka ştatında 91 yaşlı qadın öz evinin həyətində meymunun hücumuna məruz qalıb. Qadın bir gün sonra həyatını itirib. Cenubtv.Az xəbər...
Dənizdə batan tələbələrin fotoları
Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan iki gəncin - Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmrəliyev və Bərdə rayon...
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı
Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır. Cenubv.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti...
Average Rating