Bakıda məşhur kabab evində ətdən at DNT-si çıxdı: Dövlət qurumu hərəkətə keçdi – FOTO
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağaisa Əlisa oğlu Nəbiyevə məxsus “İbrahim Tatlışiş” kabab evində yoxlama keçirilib.
Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib.
Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. Bundan əlavə, müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Qeyd edək ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında keçirilən yoxlama zamanı da at DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb olunmuşdu.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Gəncədə sakinlərin əsəbi tarıma çəkildi: “Ayaqaltında qalmışıq” – VİDEO
Gəncə şəhəri, Xətai prospekti, 84 və 87 saylı binaların sakinləri yaşadıqları ərazidə aparılan yeni tikintilərin onlar üçün ciddi çətinliklər yaratdığını...
Bəzi ərazilərdə qaz olmayacaq
Sabah Qəbələnin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Cenubv.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb....
Bakıda 16 mərtəbəli binada TƏHLÜKƏ: Daşıyıcı divarı dağıdıb qapı açdılar – VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaş bildirir ki, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında yerləşən 16 mərtəbəli...
Bakıda yollar YENİLƏNİR: Bəzi küçə və prospektlərdə təmir başa çatdı – VİDEO
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Bakı şəhərində genişmiqyaslı təmir proqramı icra olunur. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu...
Məktəb alış-verişi üçün nə qədər pul lazımdır? – Bakı və Sumqayıtda QİYMƏTLƏR – FOTO
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Məktəbə hazırlıq isə artıq valideynlərin gündəm mövzularından birinə çevrilib. Şagirdlərin ehtiyac duyduğu çanta,...
CNN-in yalanları ifşa olunur: Saxta iddialara hüquqi cavab – FOTO
Azərbaycan ona qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsi ilə əlaqədar ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı...
Average Rating