Bakıda 16 mərtəbəli binada TƏHLÜKƏ: Daşıyıcı divarı dağıdıb qapı açdılar – VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaş bildirir ki, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında yerləşən 16 mərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzil iki hissəyə bölünüb.
Bunun üçün binanın daşıyıcı divarı dağıdılaraq əlavə qapı açılıb.

Eyni zamanda mənzilin daxilində də daşıyıcı divara müdaxilə edilib. Daşıyıcı divara müdaxilə olunması isə binanın təhlükəsizliyi baxımından ciddi risk yarada bilər.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə MTK rəhbərliyinə, Fövqəladə Hallar Nazirliyinə və Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsə də, şikayətinə baxılmayıb.
O həmçinin bildirir ki, oxşar hal daha 10 mənzildə də qeydə alınıb.
“Üçüncü mərtəbədə lift meydançasında cəmi dörd mənzil var idi. Bu qapı açılıb, beşinci qapı kimi mənzil iki yerə bölünüb. Bu divar beton konstruksiyadır. Birinci mərtəbədən 16-cı mərtəbəyə qədər bütöv bir daşıyıcı divardır. Divar sındırılıb və buradan əlavə qapı açılıb. Gördüyünüz kimi, qapı da düz rigelin açılıb altından. Bura isə ən təhlükəli yerdir. Rigel birinci mərtəbədən 16-cı mərtəbəyə qədər bu divarla birlikdə binanı saxlayır. Bu bina artıq altı ilə yaxındır ki, Dövlət Komissiyasına təhvil verilib. Lakin “Baku Group” MTK öz öhdəliklərini yerinə yetirmir. Həyətə baxın, bütün maşınlar buradadır. Çünki qarajda şərait yoxdur. Hər dəfə yağış yağandan sonra orada təxminən 20 santimetrə qədər su qalxır”, – şikayətçi deyib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Doğum sayının azalması müzakirə edildi – Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Doğum sayının azalmasının əsas səbəbi: İqtisadi qeyri-müəyyənlik, yoxsa sosial dəyişim? ABŞ və...
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? – İddia
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasının fəaliyyətini dayandırdığı iddia edilir. Cenbtv.Az Bizim.Media-ya istinadən xəbər verir ki,xəstəxanada müalicə alan...
Qayınata gəlininin qətlində təqsirləndirilir
Bakıda gəlinini qətlə yetirməkdə təqsirləndirilən Adıgözəl Məmmədovun cinayət işinin məhkəməsi başlayıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər...
Ağdamda toyda dava: Xəsarət alan var
Ağdam rayonunda toyda dava düşüb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində baş verib. Rayonun Əfətli kənd...
“Roşka”nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin...
Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi
Qusarda qaynını balta ilə öldürməkdə, həyat yoldaşını isə öldürməyə cəhddə təqsirləndirilən 68 yaşlı Vəkil Əlibəyovun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən...
Average Rating