Xırdalanın Şərq küçəsində infrastruktur problemi: Sakinlər həll gözləyirlər – VİDEO
Xırdalan şəhərinin Şərq küçəsində yolun bərbad vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, küçənin asfalt örtüyü uzun illərdir yararsız vəziyyətdədir. Ərazidən ağır tonnajlı yük avtomobillərinin intensiv keçməsi isə yolun daha da dağılmasına səbəb olub.

Sakinlərdən biri Baku TV-yə problemin uzun illərdir davam etdiyini deyib:
“20 ilə yaxındır burada yaşayıram. Son 4-5 ildə yaşayışımız olduqca çətinləşib. Axşam qaranlıq olur, işıqlandırma yoxdur. Yolumuz bərbad vəziyyətdədir. İritonnajlı yük maşınları evlərimizin qarşısından keçir. Həqiqətən, burada yaşaya bilmirik. Yağış yağanda yol bataqlığa çevrilir. Girirsən, çıxa bilmirsən”.
Mövcud vəziyyət səbəbindən avtomobillərin hərəkəti də çətinləşib. Sakinlər bildirirlər ki, yolun çala-çuxur olması nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına və əlavə təmir xərclərinə səbəb olur.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar
Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Cenubtv.Az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon...
Badamdarda “şambo” dərdi: Tullantı suları yaşayış evinə ziyan vurur – VİDEO
Səbail rayonunun Badamdar qəsəbəsi, "3-cü massiv" adlanan ərazidə yaşayan vətəndaş tullantı sularının həyətinə axmasından şikayətçidir. Ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması...
Binəqədi sakinlərinin şikayətinə baxan olacaq? – VİDE
Binəqədi rayonunun Firdovsi Vəliyev küçəsində kanalizasiya xəttində yaranan problem sakinlərin narazılığına səbəb olub. Baku TV-nin məlumatına görə, kanalizasiya xəttinin dolması...
Bakıda 32 marşrutun hərəkət sxemi DƏYİŞDİRİLİR – SİYAHI
Bakıda 32 marşrutun hərəkət sxemi dəyişdirilir. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb....
Yeni metro stansiyasının adı açıqlandı
Bakıda yeni metro stansiyası "20 Sentyabr" adlandırılacaq. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Azərbaycan Respublikasının Baş naziri...
Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? – VİDEO
Baş Prokurorluğun apardığı araşdırma zamanı Bakının Nəsimi və Xəzər rayonlarında dövlət mühafizəsinə götürülmüş tarixi və mədəniyyət abidələrində müvafiq razılaşdırma olmadan...
Average Rating