Rusiyada 15 yaşlı yeniyetmə terror aktında şübhəli bilinərək saxlanıldı
Rusiyada 15 yaşlı yeniyetmə dəmir yolunda terror aktı törətməkdə ittiham olunaraq saxlanılıb.
Cenubtv.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, yeniyetmə avqustun 14-də axşam saatlarında alışan maye və ling götürərək Sankt-Peterburqun Kalininski rayonunda yerləşən Ruçi dəmir yolu stansiyasına gedib və oradakı transformator yarımstansiyasını yandırıb.
İstintaq hesab edir ki, yeniyetmə bu əməli “Telegram” mesencerində onunla əlaqə saxlayan şəxsin göstərişi ilə törədib.
15 yaşlı şübhəli polis, Federal Təhlükəsizlik Xidməti və Milli Qvardiyanın əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda hadisənin bütün hallarının, səbəb və şəraitinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı – VİDEO
ABŞ-də Texasdan Nyu-Cersiyə həyata keçirilən uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin dini xarakterli təhqirlər qışqırıb, bələdçiyə qarşı irqçi ifadələr işlədib,...
Hövsanda həyat yoldaşının avtomobilinə hücum edən qadına protokol tərtib olundu – FOTO
Bakının Suraxanı rayonunda yol kənarında park edilmiş avtomobilə hücum edən 1992-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək polis...
Türkiyədə elmi mərkəz kimi istifadə olunan “Airbus A340” təyyarəsi alovlandı – VİDEO
Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda Aviasiya Elmləri Mərkəzi kimi istifadə edilən "Airbus A340" sərnişin təyyarəsində yanğın baş verib. Bu barədə Cenubtv.Az Türkiyə...
Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb
Yəmənin cənub-qərbində "Ənsar Allah" qruplaşmasının (husilər) döyüşçüləri ilə hökumət qüvvələri arasında toqquşmalar baş verib. Cenubtv.Az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə"...
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. Cenubtv.Az "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən...
CHP-nin sədr müavininin sevgilisinə şiddət görüntüləri yayıldı – VİDEO
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Berhan Şimşekin 10 ildir birlikdə yaşadığı Özlem Şanverə qarşı zorakılıq etdiyini əks etdirən kadrlar...
Average Rating