Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: “Mənə qanun maraqlı deyil” – VİDEO
Nərimanov rayonu ərazisində yerləşən “Laçın Dental Clinic”də tibbi təhsili olmadığı iddia edilən Aytən Verdiyeva adlı şəxsin stomatoloji fəaliyyət göstərməsi ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət daxil olub.
Kanalın çəkiliş qrupu məsələni araşdırmaq üçün klinikaya yollanıb. Müxbir Aytən Verdiyeva tərəfindən müayinə olunub, daha sonra isə ondan tibbi təhsili barədə məlumat istəyib. Lakin o, suallara cavab verməkdən imtina edib və çəkiliş qrupunu öz otağından qovub.

Çəkiliş qrupu daha sonra digər adıçəkilən həkim – Aynur Dəmirovanın fəaliyyət göstərdiyi “Dental Butik” estetik klinikasına yollanıb. Klinikanın qanun çərçivəsində fəaliyyət göstərdiyi bildirilsə də, suallara cavab vermək və tibbi təhsili təsdiq edən sənədləri təqdim etməkdən imtina edilib. Klinikanın əməkdaşı isə müxbirə “Bura qanunla işləyən yerdir. Hazırda həkim burada deyil” deyib. Müxbir isə həkimin klinikada olduğunu bildirdikdən sonra, özünü qeydiyyatçı kimi təqdim edən xanım “Mənə qanun maraqlı deyil” fikirlərini söyləyib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində Aytən Novruz qızı Verdiyeva adlı həkim-stomatoloq və Aynur Dəmirova adlı şəxs aşkar edilməyib. Hazırda Analitik Ekspertiza Mərkəzinin e-sistemində hüquqi adı “Laçın Klinikası” və “Dental Butik” olan özəl tibb müəssisəsi mövcud deyil.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar
Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Cenubtv.Az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon...
Badamdarda “şambo” dərdi: Tullantı suları yaşayış evinə ziyan vurur – VİDEO
Səbail rayonunun Badamdar qəsəbəsi, "3-cü massiv" adlanan ərazidə yaşayan vətəndaş tullantı sularının həyətinə axmasından şikayətçidir. Ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması...
Binəqədi sakinlərinin şikayətinə baxan olacaq? – VİDE
Binəqədi rayonunun Firdovsi Vəliyev küçəsində kanalizasiya xəttində yaranan problem sakinlərin narazılığına səbəb olub. Baku TV-nin məlumatına görə, kanalizasiya xəttinin dolması...
Bakıda 32 marşrutun hərəkət sxemi DƏYİŞDİRİLİR – SİYAHI
Bakıda 32 marşrutun hərəkət sxemi dəyişdirilir. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb....
Yeni metro stansiyasının adı açıqlandı
Bakıda yeni metro stansiyası "20 Sentyabr" adlandırılacaq. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Azərbaycan Respublikasının Baş naziri...
Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? – VİDEO
Baş Prokurorluğun apardığı araşdırma zamanı Bakının Nəsimi və Xəzər rayonlarında dövlət mühafizəsinə götürülmüş tarixi və mədəniyyət abidələrində müvafiq razılaşdırma olmadan...
Average Rating