Qəzaya şərait yaradan sürücülər məsuliyyətə cəlb olunmalıdırlar? – VİDEO
Yol hərəkəti zamanı bəzi sürücülərin təhlükəli manevrləri qəza ilə nəticələnməsə belə, digər hərəkət iştirakçılarını ciddi risk altında qoyur.
Baku TV-nin məlumatına görə, nəticədə qəza qaçılmaz olur, hadisəyə səbəb olan isə heç nə olmamış kimi yoluna davam edir.
Mütəxəssislər hesab edirlər ki, belə halların hüquqi qiymətləndirilməsi yol hərəkətinin təhlükəsizliyi baxımından vacibdir. Nəqliyyat eksperti Samuran Səmədbəyli bildirib ki, bəzən sürücülər qəfil zolaq dəyişir, təhlükəli manevrlər edir və ya yol vermirlər.

Nəticədə isə toqquşma baş verir: “Ancaq qəza anında həmin sürücü yol-nəqliyyat hadisəsinin birbaşa iştirakçısı olmur. Yəni avtomobili heç bir toqquşmaya məruz qalmadığı üçün səbəbkar olduğu halda hadisə yerini tərk edir. Belə halların qarşısını almaq üçün ilk növbədə, şəhərdaxili müşahidə kameralarından daha effektiv istifadə olunmalıdır. Əgər araşdırma nəticəsində müəyyən edilərsə ki, qəza məhz həmin sürücünün qanunsuz hərəkəti nəticəsində baş verib, o da məsuliyyətə cəlb edilməlidir. Çünki yol hərəkəti qaydalarını pozmaqla təhlükəli vəziyyət yaradan şəxs qəzanın baş verməsində səbəbkar hesab olunur”.
Ekspert onu da qeyd edib ki, belə hallar ciddi şəkildə araşdırılmalı, hətta toqquşmaya səbəb olan sürücü dəymiş ziyanı da ödəməlidir: “Əsas məqsəd odur ki, heç bir sürücü “heç kimə toxunmadım, deməli, məsuliyyət daşımıram” düşüncəsində olmasın. Əgər onun qayda pozuntusu başqa hərəkət iştirakçılarının qəza etməsinə səbəb olubsa, bu əməl mütləq hüquqi qiymət almalıdır”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating