Mina partlayışında ölən qardaşının evini yandırdı
Tərtərdə kişi qardaşı arvadının evini yandırıb.
Cənubtv.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Şıxarx kəndində qeydə alınıb.
İttiham aktına görə, 40 yaşlı İsa Məmmədov (şərti adla) qardaşı arvadı ona həmin evdə yaşamağa icazə vermədiyi üçün qisas almaq istəyib. Bunun üçün səhər tezdən spirtli içkinin təsiri altında yarım litr benzini evin bir otağına və damına tökərək yandırıb. Nəticədə ev sahibinə 10 min manat ziyan dəyib.
Hadisə ilə əlaqədar İsa Məmmədov saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qardaşı 2021-ci ildə Tərtərin Talış kəndində minaya düşərək həlak olub. Özü isə 2 il əvvəl həbsdən buraxılıb və evi olmadığı üçün küçələrdə yaşayıb. Qardaşı arvadı evdə yaşamasına icazə vermədiyi üçün məlum əməli törədib. Onun sözlərinə görə, həmin ev valideynlərinə verildiyi üçün özünün də yaşamaq hüququ var.
Zərərçəkmiş şəxs isə ifadəsində İsanın həmin evdə yaşamaq hüququ olmadığını və qaynının illər əvvəl də yaşadıqları evi yandırdığını deyib. O, həmçinin təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın ödənildiyini, İsaya qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə İsa Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin onun cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab edilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Ağstafada 15 yaşlı yeniyetmənin “TikTok” üçün çəkilişi faciə ilə nəticələndi – TƏFƏRRÜAT – VİDEO
Ağstafada 15 yaşlı yeniyetməni elektrik cərəyanı vurub. Hadisə rayon ərazisində yerləşən dəmir yolu sahəsində baş verib. Məlumata görə, rayon...
Goranboy-Naftalan yolunda ağır qəza: Ölənlərin adları məlum oldu – VİDEO
Goranboyda üç avtomobilin toqquşması nəticəsində iki nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı məlum olub. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki,...
Azərbaycanda dəhşətli hadisə: Bacı-qardaşın faciəli ölümünün TƏFƏRRÜATI – VİDEO
İsmayıllının Minkə kəndində təsərrüfat məqsədilə istifadə olunan tullantı quyusunda bacı-qardaş boğularaq ölüb. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 2011-ci...
Qazaxda QƏZA: İki nəfər öldü
Qazax rayonunda ölümlə nəticələnən ağır qəza baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlar kənd yolunda qeydə...
Gədəbəydə “Niva” aşıb: Yaralanan şəxsin son vəziyyəti açıqlanıb – FOTO
Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin son vəziyyəti açıqlanıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:...
Göyçayda iki nəfərin ölümü ilə nəticələnən qəza: Xəsarət alanın vəziyyəti ağır qiymətləndirilir – FOTO
Göyçayda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin son vəziyyəti açıqlanıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna...
Average Rating