Ukraynada həlak olan azərbaycanlı tələbənin əmisindən ürəkdağlayan sözlər – VİDEO
Ukraynanın Xarkov şəhərinə endirilən hava zərbələri nəticəsində həlak olan azərbaycanlı tələbə Fatimə Hüseynovanın nəşi Azərbaycana yola salınıb.
Baku TV-nin məlumatına görə, Xarkov Tibb Universitetinin məzunu olan Fatimə Hüseynova əslən Azərbaycanın Kürdəmir rayonundandır.
Xarkovda dünyaya gələn Fatimə 2020-ci ildə doğma şəhərində Tibb Universitetinə qəbul olunmuşdu. Müharibənin əvvəlindən ailəsi ilə birlikdə müvəqqəti Almaniyada yaşayan həmvətənimiz məzun gecəsində iştirak etmək və diplomunu almaq üçün iyunun 26-da Xarkova gəlibmiş.

Fatimə Hüseynovanın əmisi Azər Hüseynov bildirib ki, mərhum fotosessiyaya gedərkən hava hücumu nəticəsində həlak olub:
“Mələk balam rəhmətə getdi. O, çox tərbiyəli və gözəl qəlbli bir qız idi. Ürəyim yanır”.
Azərbaycanlı tələbənin faciəli ölümü Ukrayna ictimaiyyətini də sarsıdıb. Məzunu olduğu universitetdə gənc həmvətənimizin xatirəsinə xüsusi guşə yaradılıb.
Qeyd edək ki, Fatimə Hüseynovanın nəşi əmisi Azər Hüseynov və Xarkovdakı Azərbaycan diasporunun nümayəndələrinin müşayiəti ilə Vətənə yola salınıb. O, ata yurdunda – Kürdəmirin Ərəbqubalı kəndində dəfn olunacaq.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating