Qorxulu anlar yaşayan sakinlər səksəkədə: “Sanki zəlzələ oldu” – VİDEO
Bakının Binəqədi rayonunun 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 50 ünvanında irigövdəli ağacın budaqları qırılaraq beşmərtəbəli yaşayış binasının üzərinə düşüb.
Sakinlərin sözlərinə görə, hadisə nəticəsində bəzi mənzillərin dam örtüyü və tavanı zədələnib.
“Elə bildim, zəlzələ oldu. Mətbəxə girəndə gördüm ki, tavan uçur, evə su dolur. Vəziyyət çox pisdir, gecələr qorxa-qorxa yatırıq”, – deyə sakinlərdən biri bildirib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, ağacdan qırılaraq düşən budaqlar ərazidən yığışdırılıb. Qeyd olunub ki, xüsusi texnikanın ünvana giriş imkanının məhdud olması səbəbindən ağacın qalan hissələrinin budanması yaxın günlərdə həyata keçiriləcək.
Daha ətraflı Baku TV-nin videomaterialında:

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Average Rating