Bakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək
Paytaxtda Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası çərçivəsində Hövsan qəsəbəsində dəmir yolunun mühafizə zonasına düşən tikililərin sökülməsi prosesinə başlanılıb.
Cənubtv.Az Banker.az-a istinadən xəbər verir ki, söküntü işləri Suraxanı rayonu, Hövsan qəsəbəsinin Dənizkənarı küçəsində aparılır.
Məlumata əsasən, sökülən tikililər və həyətyanı sahələrdə yerləşən bəzi tikinti elementləri, eləcə də ağaclar üçün kompensasiya ödənişləri həyata keçirilir. Fərdi yaşayış evlərinə görə verilən kompensasiyanın məbləği 1200 manat təşkil edir.
Söküntü işləri başa çatdıqdan sonra bu istiqamətdə sürət qatarlarının hərəkəti təmin ediləcək. Dövlət Proqramına əsasən, təkcə Yeni Suraxanı-Hövsan deyil, Bakıxanov-Binə, Qala və Zabrat-Maştağa bağlar dəmir yolu xətlərinin də mərhələli şəkildə bərpası nəzərdə tutulur.
Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən tikinti materialları bazarının və ətrafdakı kommersiya obyektlərinin sökülməsi, Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında köhnə yaşayış fondunun yenilənməsi barədə məlumatlar yayılmışdı.
Həmçinin bildirilib ki, Bayıl qəsəbəsi istiqamətində, Mərkəzi Parkın genişləndirilməsi çərçivəsində, eləcə də “Təzəpir” məscidi yaxınlığında müəyyən ərazilərdə yenidənqurma işlərinə başlanılıb. Zərgərpalan küçəsi və ətraf hissələrdə də abadlıq və infrastruktur layihələrinin icrası planlaşdırılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət...
Erməni siyasətçi: “Əgər Əliyev tələb etsə, Nikol bu əsgəri şəxsən Bakıya qədər müşayiət edəcək”
"Əgər İlham Əliyev tələb edərsə, Nikol bu əsgəri şəxsən özü qaçaraq Bakıya qədər müşayiət edəcək". Cenubtv.Az-ın Ermənistanın "Hraparak" nəşrinə istinadən xəbərinə görə,...
Average Rating