Bakıda sakinlərin kabusuna çevrilən küçədən şikayət: “Qəzalar olur, təcili yardım tıxacda qalır, baxan yoxdur”
Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində yerləşən Nikolay Baybakov küçəsinin sakinləri yolun uzun müddətdir bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Bununla bağlı Cənubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, qəsəbə sakini Rəşad İbrahimov müraciət edib.
Onun sözlərinə görə, qəsəbənin əsas və ən intensiv istifadə olunan küçələrindən biri olan Nikolay Baybakov küçəsində müxtəlif kommunal və təmir işləri aparıldıqdan sonra yol bərpa edilməyib. Nəticədə küçə hazırda nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükəli vəziyyətə düşüb.
Sakin bildirir ki, yolun dərin çuxurlarla örtülməsi avtomobillərə ciddi maddi ziyan vurur, onsuz da dar olan küçədə uzunmüddətli tıxacların yaranmasına səbəb olur. Gün ərzində yaranan sıxlıq və fasiləsiz avtomobil siqnalları isə sakinlərin normal həyatına mənfi təsir göstərir.
R.İbrahimovun sözlərinə görə, problemin daha təhlükəli tərəfi küçədə dəfələrlə yol-nəqliyyat hadisələrinin baş verməsidir.
O qeyd edib ki, Nikolay Baybakov küçəsində təcili tibbi yardım stansiyası və 3 saylı Şəhər Xəstəxanası yerləşir. Yaranan tıxaclar səbəbindən təcili tibbi yardım avtomobillərinin hərəkəti çətinləşir ki, bu da ağır vəziyyətdə olan xəstələrin həyatı üçün risk yaradır.
Sakinin sözlərinə görə, problemlə bağlı təxminən 20 gün əvvəl qəsəbə nümayəndəliyinə rəsmi müraciət edilsə də, indiyədək heç bir tədbir görülməyib. Halbuki həmin vaxt küçə artıq iki aya yaxın idi ki, yararsız vəziyyətdə idi.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət...
Erməni siyasətçi: “Əgər Əliyev tələb etsə, Nikol bu əsgəri şəxsən Bakıya qədər müşayiət edəcək”
"Əgər İlham Əliyev tələb edərsə, Nikol bu əsgəri şəxsən özü qaçaraq Bakıya qədər müşayiət edəcək". Cenubtv.Az-ın Ermənistanın "Hraparak" nəşrinə istinadən xəbərinə görə,...
Average Rating