Şirvan kanalında batan gəncin meyiti tapıldı – VİDEO
Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində batan 23 yaşlı gəncin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, verilən məlumata görə, 2003-cü il təvəllüdlü Rəvan Vaqif oğlu Məhərrəmovun meyiti batdığı ərazidən FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin köməyi ilə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Cənubtv.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb ediliblər.

Hazırda vətəndaş – 2003-cü il təvəllüdlü Rəvan Vaqif oğlu Məhərrəmovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
İsmayıllı sakini kanalda boğulub.
Cənubtv.Az-ın əldə etdiyi məlumata görə, boğulan 2003-cü il təvəllüdlü Rəvan Məhərrəmov İsmayıllı rayonu, Qubaxəlilli kənd sakinidir.
O, Şirvan kanalının Qubaxəlilli kəndi ilə Kürdəmirin birləşən hissəsində batıb.
R.Məhərrəmovun axtarışları davam etdirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
13 il əvvəlki amansız qətlin üstü açıldı – Saxlanılan var
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Cenubtv.Az Oxu.Az - a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq...
Cəlilabadda gözətçi fermada ehtiyatsızlıqdan özünü vurdu
Cəlilabad rayonunda gözətçi bədbəxt hadisə nəticəsində xəsarət alıb. hadisə rayonun Hamarqışlaq kəndində yerləşən fermada baş verib. Əslən Goranboy rayonundan olan,...
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı – 6 il həbs verildi
Bakıda bir neçə nəfərə qarşı dələduzluq etmiş 36 yaşlı qadın cinayət məsuliyyətinə cəlb olunub. Cenubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki,...
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü – Hücumun anbaan görüntüsü
Hindistanın Karnataka ştatında 91 yaşlı qadın öz evinin həyətində meymunun hücumuna məruz qalıb. Qadın bir gün sonra həyatını itirib. Cenubtv.Az xəbər...
Dənizdə batan tələbələrin fotoları
Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan iki gəncin - Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmrəliyev və Bərdə rayon...
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı
Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır. Cenubv.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti...
Average Rating