Kamikadze dron yük gəmisini vurdu: Tramp atəşkəsin pozulduğunu açıqladı – FOTO
“İran Hörmüz boğazından keçən gəmilərə hücum etmək üçün azı dörd kamikadze dronu havaya qaldırıb”.
Cənubtv.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.
“Pilotsuz uçuş aparatlarından biri böyük və çox bahalı yük gəmisinin üst göyərtəsinə dəyib. Gəmi zədələnsə də, marşrutunu davam etdirib. Digər üç pilotsuz uçuş aparatı isə ABŞ hərbçiləri tərəfindən vurulub.
Aydındır ki, bu, atəşkəs razılaşmasının kobud şəkildə pozulmasıdır”, – deyə Tramp bildirib.
Bundan əvvəl İranın dövlət teleradio şirkəti üç xarici tankerin Tehranın icazəsi olmadan Hörmüz boğazından keçməyə cəhd etdiyini bildirmişdi.
Məlumata görə, tankerlər İran Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb və marşrutlarını dəyişməyə məcbur olublar. Onlar cənub dəhlizindən istifadə etməklə boğazı keçməyə çalışsalar da, xəbərdarlıqlardan sonra yenidən Fars körfəzinə geri dönüblər.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda yollar YENİLƏNİR: Bəzi küçə və prospektlərdə təmir başa çatdı – VİDEO
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Bakı şəhərində genişmiqyaslı təmir proqramı icra olunur. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu...
Məktəb alış-verişi üçün nə qədər pul lazımdır? – Bakı və Sumqayıtda QİYMƏTLƏR – FOTO
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Məktəbə hazırlıq isə artıq valideynlərin gündəm mövzularından birinə çevrilib. Şagirdlərin ehtiyac duyduğu çanta,...
CNN-in yalanları ifşa olunur: Saxta iddialara hüquqi cavab – FOTO
Azərbaycan ona qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsi ilə əlaqədar ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı...
Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ – VİDEO
Məktəblərin açılmasına sayılı günlər qalıb. Valideynlər artıq həyəcan və təlaş içində övladlarının məktəb hazırlıqlarına başlayıblar. Marketlərdə və geyim mağazalarında müxtəlif...
Vəkil Elşad Məmmədov HƏBS EDİLDİ – FOTO
Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov həbs edilib. Cenubtv.Az-ın əldə etdiyi məlumata görə, o, dələduzluqda ittiham olunur. Vəkil vətəndaş şikayətləri...
Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Gəncədə iki avtomobil toqquşub. Cenubtv.Az Oxu.Az -a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yeni Gəncə yaşayış massivi ərazisində baş verib....
Average Rating