Dostların sonunu gətirən HADİSƏ – Üç nəfərin meyitinin tapıldığı sahildən GÖRÜNTÜLƏR
Xəzər rayonunun Mərdəkan qəsəbəsində dörd nəfər suda boğularaq həyatını itirib.
Məlumata görə, bir araya gələn dörd dost yeyib-içdikdən sonra hava şəraitinin küləkli olmasına baxmayaraq, dənizə giriblər. Bir müddət sonra onların hamısı suda batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) şöbə rəisi Akşin Əlili Baku TV-yə açıqlamasında bildirib ki, qurum tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi vətəndaşlar küləkli havada, dalğalı dənizdə, həmçinin nəzarətsiz və çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə suya girirlər. Bu cür davranışlar isə acı sonluqla nəticələnir:

“Nəzarətsiz qeyri-çimərlik əraziləri mürəkkəb relyefə, güclü axına, məhdud görünüşə və digər təhlükəli xüsusiyyətlərə malikdir. Bu səbəbdən həmin ərazilərdən istifadə edən insanların həyat və sağlamlığı ciddi risk altındadır. Əhalini bir daha xəbərdar edirik ki, yalnız xilasedicilərin nəzarət etdiyi çimərliklərdən istifadə etsinlər və xilasedicilərin çağırış və tələblərinə ciddi riayət etsinlər”.
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə batan şəxslərdən daha birinin meyiti tapılıb.
Cənubtv.Az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Axtarışlar nəticəsində dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Dənizdə batan dördüncü şəxs – 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə batan şəxslərdən ikisinin meyiti tapılıb.
Cənubtv.Az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun və 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər vətəndaşlar – 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun və 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə dörd nəfər batıb.
Cənubtv.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunublar.
Hazırda dalğıc-xilasedicilər tərəfindən vətəndaşların batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.
![]()
Average Rating