Vens danışıqlarda mühüm irəliləyişin olduğunu bildirdi – VİDEO
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İsveçrədə İranla aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bəyan edib.
Cənubtv.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
“Son bir neçə saat ərzində biz artıq böyük irəliləyişə nail olmuşuq. Hesab edirəm ki, biz yaxın vaxtlarda əlavə nəticələr də əldə edəcəyik. Vaşinqton administrasiyası hesab edir ki, son günlərdə Livanda atəşkəsin təmin olunması istiqamətində irəliləyişlər müşahidə olunur. Livanla bağlı işlərin gedişatından çox məmnunam. Görüləsi əlavə işlər var, lakin biz bu fəaliyyəti davam etdirəcəyik”, – deyə Vens ABŞ, İran və vasitəçi ölkələrin nümayəndələrinin iştirakı ilə danışıqların keçirildiyi İsveçrənin Bürgenştok şəhərində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, həmçinin qeyd edib ki, İsveçrənin Bürgenştok şəhərində ABŞ və İran arasında aparılan danışıqlar bütün ixtilafları tənzimləməyə imkan verməsə də, iştirakçılara hər bir tərəf üçün ən mühüm olan məsələləri aydınlaşdırmaq fürsəti yaradacaq:
“Bu gün texniki danışıqların başlanğıcı qoyuldu. Bu danışıqlar bütün fikir ayrılıqlarını həll etməyəcək, lakin tarixdə ilk dəfə olaraq bizə komandalar şəklində birgə əyləşmək, tərəflər üçün nəyin daha böyük əhəmiyyət kəsb etdiyini anlamaq, bu məsələləri tənzimləmək, həll etmək və daha yaxşı gələcəyə doğru irəliləmək imkanı verəcək”.
Xatırladaq ki, daha əvvəl Qətər XİN İsveçrədə Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların başladığını elan etmişdi.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda məşhur kabab evində ətdən at DNT-si çıxdı: Dövlət qurumu hərəkətə keçdi – FOTO
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağaisa Əlisa...
Bəzi ərazilərdə qaz olmayacaq
Sabah Qəbələnin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Cenubv.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb....
Bakıda 16 mərtəbəli binada TƏHLÜKƏ: Daşıyıcı divarı dağıdıb qapı açdılar – VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaş bildirir ki, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında yerləşən 16 mərtəbəli...
Bakıda yollar YENİLƏNİR: Bəzi küçə və prospektlərdə təmir başa çatdı – VİDEO
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Bakı şəhərində genişmiqyaslı təmir proqramı icra olunur. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu...
Məktəb alış-verişi üçün nə qədər pul lazımdır? – Bakı və Sumqayıtda QİYMƏTLƏR – FOTO
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Məktəbə hazırlıq isə artıq valideynlərin gündəm mövzularından birinə çevrilib. Şagirdlərin ehtiyac duyduğu çanta,...
CNN-in yalanları ifşa olunur: Saxta iddialara hüquqi cavab – FOTO
Azərbaycan ona qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsi ilə əlaqədar ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı...
Average Rating