Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır – VİDEO
Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında ciddi azalma müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2025-ci illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 0.9% azalıb. Son 10 ilin dinamikasına nəzər saldıqda isə xırdabuynuzlu heyvanların sayında 20-25%, iribuynuzlu heyvanlarda isə 7-8% azalma qeydə alınıb.
Cənubtv.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Mütəxəssislər və təsərrüfat sahibləri bu azalmanın bir neçə əsas səbəbinin olduğunu bildirirlər:
– Yem bazasının və otlaq sahələrinin azalması: Təbii otlaq sahələrinin azalması və keyfiyyətli yemə olan tələbatın ödənilməməsi fermerləri çətin vəziyyətdə qoyur.
– Yemlərin bahalaşması: Arpa və otun qiymətindəki artım yem rasionunu bahalaşdırır.
– Yemlərdə keyfiyyətsiz qatqılar: Fermerlər bəzi hallarda yemlərə daş tozu və digər qatqıların vurulduğunu, bunun da heyvanların tələf olmasına səbəb olduğunu bildirirlər.
– Erkən kəsim: Heyvanların tam böyümədən, xüsusilə, damazlıq üçün yararlı olan dövrdə kəsimə göndərilməsi sürünün gələcəkdə azalmasına yol açır.
İqtisadçı Xalid Kərimli qeyd edib ki, əhalinin ətə olan tələbatının 25% civarında artdığı bir dövrdə mal-qaranın sayının azalması qiymət artımını labüd edir.
Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirib ki, damazlıq heyvanların qorunması, fermerlərə dəstəyin artırılması və kəsim məntəqələrində nəzarətin gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, erkən yaşda və çəkisi az olan heyvanların kəsiminin qarşısı alınmalıdır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda 16 mərtəbəli binada TƏHLÜKƏ: Daşıyıcı divarı dağıdıb qapı açdılar – VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaş bildirir ki, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında yerləşən 16 mərtəbəli...
Bakıda yollar YENİLƏNİR: Bəzi küçə və prospektlərdə təmir başa çatdı – VİDEO
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Bakı şəhərində genişmiqyaslı təmir proqramı icra olunur. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu...
Məktəb alış-verişi üçün nə qədər pul lazımdır? – Bakı və Sumqayıtda QİYMƏTLƏR – FOTO
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Məktəbə hazırlıq isə artıq valideynlərin gündəm mövzularından birinə çevrilib. Şagirdlərin ehtiyac duyduğu çanta,...
CNN-in yalanları ifşa olunur: Saxta iddialara hüquqi cavab – FOTO
Azərbaycan ona qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsi ilə əlaqədar ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı...
Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ – VİDEO
Məktəblərin açılmasına sayılı günlər qalıb. Valideynlər artıq həyəcan və təlaş içində övladlarının məktəb hazırlıqlarına başlayıblar. Marketlərdə və geyim mağazalarında müxtəlif...
Vəkil Elşad Məmmədov HƏBS EDİLDİ – FOTO
Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov həbs edilib. Cenubtv.Az-ın əldə etdiyi məlumata görə, o, dələduzluqda ittiham olunur. Vəkil vətəndaş şikayətləri...
Average Rating