Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu – “Belə özbaşınalıq olmaz” – VİDEO
İyunun 19-da Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sürətlə hərəkət edən motosiklet uşaq arabasında olan 3 yaşlı Atilla Rafail oğlu Bağırovu vurub. Hadisə nəticəsində azyaşlı dünyasını dəyişib.
Yaşayış kompleksinin sakinləri ərazidə motosikletlərin yaratdığı təhlükədən ciddi narahatlıqlarını ifadə ediblər. Onlar motosiklet sürücülərinin qayda pozuntularından və vətəndaşların həyatını riskə atmalarından şikayətçidirlər.

“Dünən biri körpə uşağı vurub öldürdü. Biz artıq onların əlindən bezmişik. Belə özbaşınalıq olmaz”, – vətəndaşlardan biri Baku TV-yə bildirib.
Digər bir sakin isə qeyd edib: “Evdə uşaqlar motosikletlərin səsindən qorxurlar. Bu ərazi elə bil Bombeydir”.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Nərgiz Əlizadə bildirib ki, motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri bu nəqliyyat vasitələrinin idarə olunması zamanı yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini bir daha göstərir: “Cari ilin ilk 5 ayı ərzində respublika üzrə motosiklet və moped sürücülərinin təqsiri ucbatından baş vermiş 10 yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda avtobus ağaca çırpıldı: 10-dan çox yaralı var – VİDEO
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib. Cənubtv.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 113 nömrəli müntəzəm marşrut...
Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var
Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cənubtv.Az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "Toyota" markalı...
Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı
Bakıda işdən çıxarılan sürücü işlədiyi mağazanı yandırıb. Cənubtv.Az Oxu.Az-a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində...
Kiyevə hücum nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI
Rusiyanın Kiyevə endirdiyi genişmiqyaslı zərbələr nəticəsində həlak olanların sayı artaraq 20-yə çatıb. Cənubtv.Az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi...
ABŞ-də faciə: Atasının maşında unutduğu uşaq istidən ölüb
ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub....
Biləcəridə yanğın baş verib
Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verib. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00-da baş...
Average Rating