Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? – DETALLAR
Baş Prokurorluğun İstintaq İdarəsinin Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın detalları məlum olub.
Cənubtv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb xüsusilə külli miqdarda qızılın qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinə cəhd edilməsidir.
Əvvəlcədən cinayət niyyəti ilə əlbir olan bir qrup hava nəqliyyatı vasitəsilə ölkəyə milyonlarla dəyəri olan qızıl-zinət əşyaları keçirmək istəyiblər. Bu işdə qaçaqmalçılara Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisinin müavini İsmayıl Əliyev şərait yaradıb.
Cinayət işi birbaşa Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən nəzarətə götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə halında külli miqdarda qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlk olaraq elə liman rəisinin müavini İsmayıl Əliyev həmin maddə ilə ittiham edilərək həbs edilib.
Bundan əlavə, cinayətlə bağlı idarənin aralarında xanım əməkdaşlar da olmaqla digər işçiləri də sorğu-sual olunublar, bəziləri istintaqa cəlb ediliblər.
Hazırda iş üzrə geniş ibtidai istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi general-mayor Anar Cahangirovdur. Hələlik qurumdan bu hadisə ilə bağlı heç bir açıqlama verilməyib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Average Rating