Ukraynadakı azərbaycanlılar partlayışların episentrində: “Hər tərəfdə xaos var” – VİDEO
Son günlər Ukraynada yenidən alovlanan müharibə səbəbindən ölkədə yaşayan azərbaycanlılar da zərər görür. Həmyerlilərimiz Ukraynanın müxtəlif vilayətlərində və xüsusilə paytaxt Kiyevdə davam edən hava zərbələrinin təsirini yaşayırlar.
Son hücumlar zamanı Kiyevdə yaşayan azərbaycanlılar baş verən partlayışların yaratdığı vəziyyəti Baku TV-yə danışıblar.

“Bu mənim maşınımdır, deşik-deşik olub. Gecə saat təxminən üç idi. Birdən güclü bir partlayış səsi eşitdim. Birinci zərbə yaxınlıqdakı binaya düşdü, sonra digər tərəflərə də zərbələr endirildi. Şiddətli partlayış oldu. Daha sonra maşını götürüb təhlükəsiz yerə aparmaq istədim, çünki ərazidə atışma başlamışdı. Başımın üzərində, təxminən 15-20 metr hündürlükdə yenidən güclü partlayış səsi eşitdim. Özümü itirmişdim. Prospekt boyu benzin axırdı, bütün maşınlardan yanacaq sızırdı. Binalardan biri yanırdı. Hamı qorxu içində idi, işıqlar söndürülmüşdü, hər tərəfdə xaos vardı”, – Kiyev sakini İlyas Talıbov deyib.
Digər sakin Elşad Şahmərdanov isə bildirib:
“Mən uzun müddətdir bu ərazidə yaşayıram. Burada müharibə başlayan gündən etibarən mütəmadi olaraq raket və uzunmənzilli dron hücumları olur. Raketlərdən biri evin içinə düşdü və içəridə partladı. Həmin hadisə zamanı bir jurnalist qadın həyatını itirdi. Biz xoşbəxtlikdən o gün evdə deyildik”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü qeyd olunub
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir...
Səbuhi Məmmədov və Arzu Musayeva həbs olundu – 300 nəfərdən çox zərərçəkən var
Son aylarda ölkənin virtual məkanında “*Ponzi*” sxemi əsasında fəaliyyət göstərən “*Any Unboxing*” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul...
Çəyirtkə sürüsü Abşeron yarımadasını niyə basıb? – FOTO – VİDEO
Abşeron yarımadası ərazisində yayılan çəyirtkə Misir çəyirtkəsinə bənzəyir". Cənubtv.Az Oxu.Az-a istinadən bildiri ki, Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı biologiya...
Tbilisi–Bakı qatarına alınan biletlərin statusunun “etibarsız” görünməsinin SƏBƏBİ
Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir Yollarının (ADY) onlayn bilet sistemində problemlə üzləşdiklərini bildirirlər. Bu barədə Cənubtv.Az...
“Yeddi daş”dan sosial şəbəkəyə yuvarlanan uşaqlıq
Samir İsayev yazır... Parlament sosial şəbəkədə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Vətəndaşların əksəriyyəti bu...
Average Rating