Cəlilabadda Polis Akademiyasında təhsil almaq istəyən məktəblilərlə görüş keçirilib
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almağı hədəfləyən yuxarı sinif şagirdləri və onların valideynləri ilə akademiyanın nümayəndəsinin iştirakı ilə Cəlilabad Rayon Polis Şöbəsində görüş təşkil olunub.
Cenubtv.az xəbər verir ki, tədbir zamanı çıxış edən ŞRPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev daxili işlər orqanlarının ölkədə sabitliyin və ictimai təhlükəsizliyin təmin olunmasında, habelə hüquq normalarının qorunmasında göstərdiyi xidmət barədə şagirdlərə geniş məlumat verib. Polis peşəsinə maraq göstərən gənclərə məsuliyyətli davranmağın, sağlam həyat tərzi sürməyin və təhsilə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb. Çıxışlarda Polis Akademiyasına qəbul qaydaları və şərtləri, akademiyada yaradılmış tədris, elmi və sosial mühit, kitabxana, laboratoriya və praktiki təlim bazası, kursantların sosial təminatı və imtiyazları, daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi inkişaf mərhələləri haqqında məktəblilərə geniş məlumatlar verilib.
Sonra polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb və onları maraqlandıran suallar cavablandırılıb.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
İlmedmedikal Klinikasının kollektivi Şəhidlər Xiyabanını və abidə Kompleksini ziyarət edib
https://youtu.be/DAWEdt4V1_w
Cəlilabad rayonunda təhsil işçilərinin konfransı keçirilib
27 avqust 2026-cı il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşlarının və rayonun təhsil işçilərinin iştirakı...
Average Rating