Gəncə terrorunda gözlərini itirən qadın başına gələnləri danışdı: “Qoymayın ölüm, qızlarım var”
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Gəncəyə raket hücumu nəticəsində gözlərini itirmiş Pərvin Qasımova Baku TV-yə müsahibə verib.
O, hücumun baş verdiyi gün və daha sonra yaşadıqlarından danışıb.
“Anamgildə idim. Səhər oyanıb çörək almağa getdim. Qayıtdıqdan 10 dəqiqə sonra hadisə baş verdi. Səs eşidib, pəncərəyə doğru getdim. Ondan sonra baş verənləri xatırlamıram, hamısını anam mənə danışıb”, – deyə P.Qasımova söyləyib.
Gəncə terrorunun qurbanı huşu özünə qayıdanda öləcəyini düşünüb, kəlimeyi-şəhadət gətirdiyini deyib:
“Həkim haramın ağrıdığını soruşanda barmaqlarımı hiss etmədiyimi söylədim. Bir də dedim ki, məni ölməyə qoymayın, qızlarım var. Üzüm sarğıda olduğu üçün ilk vaxtlar görmədiyimi bilmirdim. Həkimlər sarğını açanda öyrəndim ki, artıq görmürəm”.
Daha ətraflı Baku TV-nin süjetində:

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
Next post
Həmcinslərini Türkiyədə iş vədi ilə fahişəliyə cəlb etmişdi – Doqquz il həbs verildi 151 4
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating